Xəbər lenti

    Rusiya və ABŞ-ın münasibətlərinə liderlərin impuls verməsi vacibdir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SSRİ-nin son prezidenti Mixail Qorbaçov söyləyib.

“Bu görüş axır ki, baş tutur. Təəssüf edirəm ki, görüş bu vaxta qədər keçirilməyib. Təəssüf etdiyim başqa məqam isə ölkələrimiz arasında birgə konstruktiv gündəm yoxdur. İndiyə qədər çox zaman itirmişik. Etibarı bərpa etmək lazımdır.

Zamanında Reyqanı da ABŞ administrasiyasının nümayəndələri Cenevrə görüşünə buraxmırdılar. Lakin o, təzyiqlərə tabe olmadı. O zaman SSRİ bu görüşə ciddi konstruktiv təkliflərlə gəlmişdi.

Hazırda liderlərdən gələn impuls münasibətlərə xoş təsir edə bilər. Eyni impuls 1986-cı ildə Reykyavik də olmuşdu”, – deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 844          Tarix: 7-07-2017, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma