Xəbər lenti

HABERİMPORT, Türkiyə
23.12.2021


Dünyanın gündəmində yer alan Zəngəzur dəhlizi məsələsi son vaxtlar xüsusilə diqqət mərkəzindədir. Artıq araşdırılmaqda olan dəhlizin quru yolu olacağı deyilir. Onun niyə bu qədər önəmli olduğu və detallarını təqdim edirik.

Son günlər gündəmdən düşməyən Zəhgəzur dəhlizinin xəritədəki yeri araşdırılmağa başlanılıb. Onun Türkiyə Cümhuriyyətinin yarandığı illərdən bu yana ön planda olan önəmli marşrut sayıldığına diqqət çəkirlər. Layihənin reallaşdırılasından sonra əldə ediləcək razılaşmaların məhz Zəngəzur dəhlizi üzərindən olacağı bildirilir.

Bəs bu dəhlizin önəmi nədir?
Zəngəzur dəhlizi haradan keçəcək və o, niyə önəmlidir?
2020-ci ilin noyabrında Azərbaycanın qələbəsi ilə bitmiş İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr balansı dəyişib. Savaşdan sonra yaranmış reallıqlar şəraitində o vaxtadək yalnız Azərbaycan səviyyəsində müzakirə olunan Zəngəzur məsələsi beynəlxalq siyasi müzakirə mövzusuna çevrilib.

44 günlük müharibəyə son qoymuş razılaşmanın 9-cu maddəsinə əsasən, Bakı ilə Naxçıvan arasında quru əlaqəsi təmin olunmalıdır. Söhbət tarixi Azərbaycan torpağı olan, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana verilmiş və hələ də Ermənistan sərhədləri çərçivəsində yer alan, Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin kəsilməsinə səbəb olmuş bölgədən gedir. İndi bu əlaqə 43 kilometrlik Zəngəzur dəhlizi vasitəsi ilə təmin olunmalıdır.

Postmüharibə dövründə bu məsələnin gündəmə çevriləcəyi gözlənilən idi.
Zəgəzur dəhlizinin açılması ilə;
Türk dünyası ilə əməkdaşlıq və ticarət artacaq.
Orta Asiyaya birbaşa gediş-gəliş mümkün olacaq.
Regional sülh və əməkdaşlıq güclənəcək.
Tarixi İpək yolu canlanacaq.
(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: HABERİMPORT


Ana səhifəyə qayıt        Baxış: 5 163          Tarix: 23-12-2021, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma