Xəbər lenti

İran Prezidenti İbrahim Rəisi gələn ilin əvvəlində Rusiyaya səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahaduri bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində iki tərəfli iqtisadi-ticarət əməkdaşlığına dair məsələlər müzakirə olunacaq.

Ə.Bahaduri bildirib ki, hazırda səfərin planı tərtib edilir.

Səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında reallaşacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 494          Tarix: 28-12-2021, 13:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma