Xəbər lenti

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefonla danışıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlıq məsələləri, həmçinin əhalinin koronavirus infeksiyasına qarşı vaksinasiyasına xüsusi diqqət yetirib.

Mişustin və Əsədov həmçinin Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun fəaliyyətinin vacibliyini qeyd ediblər.

Mənbə: TASS


Ana səhifəyə qayıt        Baxış: 3 726          Tarix: 29-12-2021, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma