Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
"KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstandan çıxarılması onlara verilən bütün tapşırıqlar yerinə yetirildikdən sonra baş tutacaq".
"AzPolitika.info" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Desant Qüvvələrinin və Qazaxıstandakı sülhməramlı kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov yanvarın 11-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sülhməramlı bölmələr Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə daimi dislokasiya məntəqələrinə xüsusi texnika ilə çatdırılacaq.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT qüvvələrinn 2 gün sonra çıxarılmağa başlayacağını bildirmişdi. Onun sözlərinə görə, proses 10 gün ərzində başa çatacaq.
Rusiya Prezidenti Vladimir Putin isə KTMT liderlərinin onlayın görüşündə bəyan edib ki, sülhməramlılar Qazaxıstanda "nə qədər lazımdırlar, o qədər qalacaqlar".
Bəzi müşahidəçilər Kremlin Qazaxıstandan tezliklə çıxmayacağını, hava-desant qüvvələrinin digər hərbi birlikliklərlə möhkəmləndirilərək uzun müddət bu ölkədə qalacağını düşünür.
Ekspertlər bu qənaətə son illərdə Rusiyanın hərbçilər yerləşdirdiyi bölgələrdə daimi qalmaq üçün "əsaslar" yartdığına görə gəldiklərini ifadə edirlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar