Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycan və Ukrayna prezidentləri Kiyevdə keçirilən danışıqların ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər. Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub.
V.Zelenski qeyd edib ki, Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb.Onun sözlərinə görə, bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir.
Ukrayna prezidentinin sözlərinə görə, pandemiyaya baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb: “Lakin biz daha iddialı hədəflər qoyuruq, bu, ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsidir”.
Zelenski həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib. O vurğulayıb ki, bu gün Ukrayna və Azərbaycan prezidentləri arasında imzalanan bəyannamə ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və hibrid təhdidlərə qarşı mübarizəsinə dəstək göstərilməsinə hazır olduqlarını möhkəmləndirir.
“Biz Ukrayna və Azərbaycan prezidentləri arasında birgə Bəyannamə imzaladıq. Biz dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüklərinə, hibrid təhdidlərə qarşı birgə mübarizəsinə dəstəyə hazır olduğumuzu möhkəmləndiririk, Qara dəniz və Xəzər dənizi regionunda, onun hüdudlarından kənarda sülh və stabilliyin təmin edilməsinə dəstəyimizi ifadə edirik”,-Zelenski bildirib.
Azərbaycan prezidenti isə bildirib ki, bu gün imzalanan sənədlər ölkələrimizin yaxınlaşmasına yalnız töhfə verəcək. Dövlət başçısı Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın inkişafı üçün çoxlu imkanların olduğunu qeyd edib.
Prezident İlham Əliyev Ukrayna ilə Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini və bu gün sənədlərin imzalanmasının bu dəstəyin daha bir sübutu olduğunu vurğulayıb.
“Biz bütün istiqamətlər üzrə işləməyə hazırıq”, - dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.
“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan lideri bildirib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb.İlk olaraq imzalanan sənəd iki ölkə başçıları arasında baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə bəyannamə imzalayıblar.
İkinci sənəd Azərbaycanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Ukraynanın Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Üçüncü sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk iki ölkənin İqtisadiyyat Nazirlikləri arasında ikitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədri “Naftoqaz” ilə SOCAR arasında enerji təchizatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Sonuncu sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti vəzifəsini icra edən Sergey Zavatskiy Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və Dövlət torpaq kadastrı sahəsində haqqında Anlaşma Memorandumu imzalayıblar.
***
Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar