Xəbər lenti

“Ukrayna Rusiya ilə məhkumların mübadiləsinin yeni mərhələsi üçün siyahı hazırlayır”.

Ovqat.com “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” (YES) adlı forumda çıxışı zamanı bildirib. 

“İndi biz yeni siyahı hazırlayır və mübadilənin yeni mərhələsini gözləyirik.Bundan əlavə, dörd ölkənin (Ukrayna, Rusiya, Fransa və Almaniya) normand formatında görüşünü gözləyirəm. Yəqin sentyabrın sonuna qədər baş tutacaq”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında “35-ə 35” formatı üzrə əsir mübadiləsi 7 sentyabrda baş tutub.




Ana səhifəyə qayıt        Baxış: 575          Tarix: 13-09-2019, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma