Xəbər lenti

“Ukraynanın tikinti və digər şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirak etməyə hazırdır”.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, Azərbaycanla Hökumətlərarası Komissiyanın həmsədri İrina Vereşçuk deyib.

“Ukrayna ilə Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial görürəm. Azərbaycanın geri qaytarılan ərazilərin reinteqrasiyası ilə bağlı çoxlu işi var. Ukrayna artıq reinteqrasiya işində mühüm təcrübəyə malikdir və onu Azərbaycan tərəfi ilə bölüşə bilər. Bunlar müvəqqəti köçkünlərlə iş, minaların təmizlənməsi və sair”, - İ.Vereşçuk vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 049          Tarix: 17-01-2022, 11:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma