Xəbər lenti
Dünən, 19:42
Dünən, 18:20
Dünən, 17:35
Dünən, 14:30
Dünən, 13:00
23-01-2025, 23:30
23-01-2025, 22:30
23-01-2025, 21:36
23-01-2025, 20:55
23-01-2025, 18:48
23-01-2025, 17:30
23-01-2025, 16:34
23-01-2025, 14:53
23-01-2025, 13:19
Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danığı olub.
Ovqat.com xəbər verir ki, telefon söhbətində prezidentlər Qarabağdakı və Qazaxıstandakı vəziyyəti, eləcə də KTMT sülhməramlı kontingentinin hərəkətlərini müzakirə ediblər.
Vladimir Putin İlham Əliyevə ABŞ və onun müttəfiqləri ilə Rusiyaya təhlükəsizlik təminatının verilməsi məsələlərində təmaslarından danışıb. Azərbaycan prezidenti isə özünün Ukraynaya səfəri barədə həmkarına məlumat verib.
Xatırladaq ki, ölkə başçısı Ukrayna səfərindən bir gün qabaq Azərbaycan tele-jurnalistlərinə verdiyi müsahibəsində Rusiyanın ünvanına bir neçə ciddi mesaj göndərmişdi. Ondan əvvəl isə Azərbaycan XİN Qazaxıstanla bağlı verdiyi rəsmi bəyanatında qardaş ölkənin suverenliyi və ərazi bütövlüyü üzərində dayanaraq KTMT işğalçılarının fəaliyyəti ilə əlaqədar narahatlığını eyhamlı ifadələrlə diqqətə çatdırmışdı. Prezident İlham Əliyevin Ukrayna səfərində bu ölkənin beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünü dəstəkləməsi Rusiyanın işğalçılıq siyasətinə qarşı açıq mesajlar daşıyırdı. Bu gün Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Ukrayna bağlı çıxışında Azərbaycanlı həmkarı İlham Əliyevin Kiyevə səfərini alqışlaması da Moskva tərəfindən laqeyd qarşılana bilməzdi. Məhz bu çıxışdan sonra Putinlə İlham Əliyevin telefon danışığı və söhbət əsnasında yuxarıda bəhs olunan bütün məsələlərin masaya yatırılması təsadüfi görünmür. Belə anlaşılır ki, Kreml getdikcə öz ətrafındakı həlqənin daraldığını hiss edir və Azərbaycan lideri də bu barədə fikirlərini onunla bölüşmək istəyib. Əminik ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarından doğan mövqeyini açıq bir üslubla tərəf-müqabilinə çatdırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər