Xəbər lenti

 
“Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı aparıb”.
 
Ovqat.com xəbər verir ki, məlumatı Kremlin rəsmi saytı yayıb.
 
Məlumata görə, prezidentlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsinin praktik aspektlərini müzakirə ediblər: “Telefon danışığında Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üçün üçtərəfli formatda işlərin gücləndirilməsi müzakirə olunub”. Bu isə telefon danışığında Zəngəzur dəhlizinin masaya yatırılması mənasına gəlir.
 
Bundan əlavə, telefon söhbətində Rusiya-Azərbaycan əlaqələrinin perspektivi də müzakirə edilib. “İkitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi zamanı Vladimir Putin və İlham Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı mövqelərini təsdiqləyiblər”, - Kremlin məlumatında belə deyilib.
 
Məlumatda həmçinin qeyd olunub ki, tərəflər müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.


Ana səhifəyə qayıt        Baxış: 5 778          Tarix: 23-06-2021, 18:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma