Xəbər lenti
Dünən, 19:42
Dünən, 18:20
Dünən, 17:35
Dünən, 14:30
Dünən, 13:00
23-01-2025, 23:30
23-01-2025, 22:30
23-01-2025, 21:36
23-01-2025, 20:55
23-01-2025, 18:48
23-01-2025, 17:30
23-01-2025, 16:34
23-01-2025, 14:53
23-01-2025, 13:19
TabrizeMan, İran 18.01.2022 Müəllif: Şəhram Sadiqzadə İqtisadi ekspertlər hesab edirlər ki, Qarabağın azad edilməsi Şərqi Azərbaycan vilayətinin şirkətləri üçün iqtisadi, texniki-mühəndislik fəaliyyəti üçün əla fürsətdir. İranla Azərbaycan iki qonşu ölkə kimi, hər zaman çox yaxın, səmimi münasibətlərə malik olublar. İranda 13-cü hökumətin qonşu ölkələrlə qarşılıqlı əlaqələri genişləndirmək siyasəti isə bu münasibətləri daha da inkişaf etdirməli, o cümlədən Xudafərin sərhəd terminalının açılması ilə nəticələnməlidir. Yeri gəlmişkən, qarşılıqlı ticarətdə ixrac-idxal əməliyyatlarının sadələşdirilməsi önəmli şərtlərdəndir. İran gömrüyünün məlumatına görə, ötən ilin səkkiz ayında ölkədən Azərbaycana 336 milyon dollarlıq 554 min ton mal ixrac olunub. Beləliklə, sərhədin o tayına ən yaxın vilayət olan Şərqi Azərbaycanın iqtisadi qurumları iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün imkanları, prioritet sahələri müəyyənləşdirmək üçün ciddi fəaliyyət göstərməlidir. Təbriz-Bakı aviareysinin açılması iqtisadi və mədəni əlaqələri dərinləşdirəcək Şərqi Azərbaycanda 5 mindən çox fəal sənaye müəssisəsi var. Ölkənin 13 avtomobil zavodu üçün avtomobil hissələrinin 35%-i bu vilayətdə istehsal olunur. Bundan başqa, Şərqi Azərbaycanda 50-dən çox sənaye zonası və 1 xarici investisiya şəhərciyi də var. İnvestisiya şəhərciyində fəaliyyət göstərən şirkətlərin 40%-i xarici şirkətlərdir. Buradakı 10 istehsalat birliyinin investoru isə Azərbaycana məxsusdur. Onlar buraya təxminən 47 milyon dollar sərmayə yatırıblar. Bu gün iki ölkə arasında müzakirə olunan bir neçə problem var. Məsələn, fəaliyyətinə şərait yaradılmalı olan sahələrdən biri pul köçürmələri, ümumiyyətlə, bank sektorudur. Bu gün bəzən iranlı iş adamları müxtəlif səbəblərdən Azərbaycan tərəfi ilə lazımi müqavilələr bağlaya bilmir. Şərqi Azərbaycan, Qərbi Azərbaycan və İranın digər şimal-qərb vilayətlərindən olan sahibkarlara vizaların verilməsinə qoyulan məhdudiyyətlər də həll edilməli, bu tip maneələr aradan qaldırılmalıdır. Çünki Qarabağın azad edilməsi texniki-mühəndislik fəaliyyəti ilə məşğul olan Təbriz şirkətləri üçün çox yaxşı fürsətdir. Bütün bunlarla yanaşı, Təbrizlə Bakı arasında hələ də birbaşa uçuşların olmaması çox təəccüblüdür. Nəticədə qardaşlaşmış bu iki şəhərin insanları qarşılıqlı səfərlər zamanı çətinlik çəkir. Bakı ilə Təbriz arasında birbaşa uçuşların təşkili iş adamlarının da qarşılıqlı səfərləri daha rahat həyata keçirməsinə imkan yaradar, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə töhfə verərdi. İllik ticarət dövriyyəsinin həcmi 1 milyard dollara çatır Azərbaycan Qafqaz regionunda İranın əsas iqtisadi-ticari tərəfdaşlarındandır. Bu, həm də qonşular arasında mümkün gərginliyin, mübahisələrin qarşısını alan amildir. İranla Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcmi təxminən 1 milyard dollardır. Bunun yarısı İranın Azərbaycana qeyri-neft ixracı, digər yarısı isə Naxçıvan bölgəsinə qaz ixracı və svop əməliyyatı ilə bağlıdır. Bununla yanaşı, Azərbaycanda 2 mindən çox İran şirkəti qeydiyyatdan keçib. Bu gün onlar ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən ticarət və texniki-mühəndislik xidmətləri sektorunda fəaliyyət göstərir. İranın Azərbaycan Respublikası və onun Naxçıvan bölgəsi ilə ixrac-idxal əməliyyatları Gilan vilayətində Astara, Ərdəbil vilayətində Biləsuvar, Şərqi Azərbaycanda Culfa, Qərbi Azərbaycanda Səmən Bulağında yerləşən dörd sərhəd terminalı vasitəsilə həyata keçirilir. Bu, İranın dörd şimal-qərb vilayətində məşğulluğun artmasında, iqtisadi inkişafda mühüm rol oynayır. Təbriz Azərbaycanda çox məşhurdur və bundan istifadə edilməlidir İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin sözlərinə görə, Xudafərin sərhəd terminalının açılması məsələsi gündəmdədir. İranla Azərbaycan arasında imzalanacaq müvafiq ticarət sazişi isə yekunlaşmaq üzrədir və bundan sonra İrandan bu ölkəyə ixrac daha da asanlaşacaq. “Ümumiyyətlə, Təbriz Azərbaycan Respublikasında olduqca popular şəhərdir və iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsində bu imkandan yararlanmaq lazımdır”, - deyə səfir bildirib. Qonşu ölkələrlə iqtisadi diplomatiyanın fəallaşdırılmasının İranın 13-cü hökumətinin prioritetlərindən olduğunu xatırladan diplomat deyib: “Ötən il koronavirus pandemiyası və düşmənlərin təbliğatına baxmayaraq, İranla Azərbaycan arasında ticarətin həcmi təxminən 90 milyon dollar artıb. Bu, 22,5% artım deməkdir”. İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni də Təbrizin Azərbaycan xalqı, xüsusən də Naxçıvan əhalisi arasında tarixi və mühüm şəhər kimi tanındığını bildirib. “Təəssüf ki, Culfa sərhədində koronavirusun yayılması ilə əlaqədar tətbiq edilmiş sərt məhdudiyyətlər, həmçinin iki doza peyvəndin vurulması halında belə, PCR testin tələb edilməsi tərəflər arasında gediş-gəlişi azaldıb”, - deyə o, vurğulayıb. Azərbaycanlıların Məşhəddə İmam Rzanın (ə) ziyarətinə olan sevgisindən söz açan baş konsul deyib: “Zəvvarların ziyarətə qatarla yollanmasına şəraitin yaradılması, Culfa üzərindən Naxçıvan-Məşhəd qatarının işə salınması vacibdir”. Preferensial ticarət sazişinin önəmi Son illərdə İranın müxtəlif ölkələrlə, xüsusən qonşuları ilə biznes modellərindən biri də preferensial (tərcihli) ticarətdir. Bu, iki ölkənin ticarət və ixrac-idxal əməliyyatlarını asanlaşdırmaq üçün müəyyən mallar üzrə tariflərin aşağı salınması deməkdir. Tərcihli ticarət müqavilələrinin bağlanmasında məqsəd qarşılıqlı ticarətdə maneələrin, xüsusilə yüksək tariflərin aradan qaldırılmasıdır. Odur ki, bu ticarət sazişlərinin əhatə etdiyi malların siyahısı düzgün seçilirsə, müqaviləni imzalamış ölkələr arasında ticarət mübadiləsi, ixrac əməliyyatları genişlənir. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər