Xəbər lenti


Azərbaycanın sayəsində müxtəlif sahələrdə İranın digər ölkələrlə ticarəti artıb.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Qulamrza Ənsari Ərdəbil vilayəti valiliyində keçirilən iclasda deyib.

Q.Ənsarinin sözlərinə görə, İranın məhsul ixracında qonşu ölkələr əhəmiyyət kəsb edirlər.
O, əlavə edib ki, İran və Azərbaycan arasında birgə sərhədlər İran üçün çox əhəmiyyətlidir.
Nazir müavini deyib ki, kənd təsərrüfatı məhsullarının ixracı sahəsində İran inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməlidir.

Ənsari qeyd edib ki, hazırda İranın məhsul ixracının 47%-i qonşu ölkələrədir və sərhəd vilayətlərindən istifadə etməklə bu həcmi artırmaq mümkündür.

İclasda çıxış edən Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu da bildirib ki, İranda koronavirusun yayıldığı ilk dövrlərdə bütün sərhəd buraxılış məntəqələri bağlansa da, İranın Biləsuvar sərhəd buraxılış məntəqəsi səhiyyə protokolları əsasında idxal-ixracı davam etdirib.

İranın xarici işlər nazirinin müavini Ərdəbil vilayətinə səfəri çərçivəsində, Parsabad, Aslanduz və Biləsuvar rayonlarında olub. İranın Biləsuvar sərhəd buraxılış məntəqəsi, İran və Azərbaycan arasında yaradılacaq birgə sənaye parkı və dəmiryolu terminalının inşa olunacağı məkanlarla yaxından tanış olub.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının məlumatına əsasən, ötən ilin martından bu ilin martınadək İran Azərbaycana 429 milyon dollar dəyərində məhsul ixrac edib.







Ana səhifəyə qayıt        Baxış: 3 154          Tarix: 27-08-2020, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma