Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
“Azərbaycan Respublikası İranla ən arzu olunan münasibətlərə malik olan qonşu ölkələrdən biridir. Bu əlaqələrin daha güclü və dərin olması üçün səylər göstərilir ki, iki dost və qonşu ölkə bir-birinin yanında ortaq hədəflərə doğru irəliləsinlər”.
Ovqat.com xəbər verir ki, bunu İranın vitse prezidenti və Proqram və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Bağır Nobəxt dünən Ərdəbildə mətbuat açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki dost və qardaş ölkə olan İran və Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün hər zaman bir-birinin yanında olmuş və hal hazırda da bu münasibətlərin möhkəmləndirilməsi üçün birgə addımlar atılır. Vitse-prezident bu səylərin bəhrəsini görəcəyimizə ümid edir.
Bağır Nobəxtin fikrincə, İran qonşularla münasibətləri inkişaf etdirmək üçün təyin olunmuş siyasət və doktrina əsasında hərəkət edir ki, bu əlaqələr gündən-günə arzu olunan şəkildə inkişaf etsin.
“Azərbaycan Respublikası ilə qonşu bir əyalət olaraq Ərdəbildə sənaye şəhərciyinin yaradılması, dəmir yolu xəttinin birləşdirilməsi, habelə yük terminalının inşası kimi ortaq sərhəd layihələri davam edir. Onların istismarı ilə bu əlaqələrin güclənməsinə kömək edəcəyimizə ümid edirik. Bu birgə layihələrin inşası hökumətin qonşu ölkələrlə münasibətləri möhkəmləndirmək öhdəliyinin bir hissəsidir. Ümid edirik ki, növbəti illərdə bu münasibətlər hər iki ölkənin daha da çiçəklənməsinə səbəb olacaqdır. Bəzi anlaşılmazlıqlara baxmayaraq münasibətlərin möhkəmləndirilməsi dostcasına aparılmalıdır”, - Məhəmməd Bağır Nobəxt belə deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar