Xəbər lenti

Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə nazirinin əmrinə əsasən qardaş ölkənin ehtiyatda olan bir qrup zabit heyəti və onların ailə üzvləri Gəncə şəhərində olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud olan qədim dostluğun, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Proqrama uyğun olaraq qonaqlar ümummilli lider Heydər Əliyev adına park-kompleksdəki Mərkəzdə Ulu Öndərin böyük dövlətçilik fəaliyyəti, həyat yolu haqqında məlumatlar əldə edib, əlaqələrimizin inkişaf etdirilməsində dahi şəxsiyyətin misilsiz xidmətləri diqqətə çatdırılıb.
Qonaqlar Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənəti haqqında məlumatlandırılıb, Xan Bağını, Şah Abbas məscidini, Tarix Diyarşünaslıq muzeyini, Nizami Gəncəvinin məqbərəsini və digər yerləri ziyarət edərək mədəniyyətimizlə yaxından tanış olublar.
Göygöl rayonuna gələn qonaqlar Dövlət Təbiət Qoruğunu və Milli Parkı gəzib, Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı və Xalq artisti Azərinin iştirakı ilə keçirilən konsert proqramında iştirak ediblər.
Türkiyəli qonaqların Azərbaycanasəfəri davam edir.

 




Ana səhifəyə qayıt        Baxış: 659          Tarix: 8-07-2017, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma