Xəbər lenti

  Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında olub.

 APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev qonaqlara hərbi hospitalın yaranma tarixi, onun fəaliyyəti, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın bölmə və şöbələri ilə tanış olan kontr-admiral H. Bilgiç ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib, Hərbi Tibb Fakültəsində təhsil alan tələbə və rezidentlərlə görüşüb.

 Sonra qonaqlar Azərbaycan Tibb Universitetinə gələrək təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 13-06-2017, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma