Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə razılıq verib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin qeyd edib ki, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər.

“Ona görə də görsəniz ki, xüsusən də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var, onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”, – deyə Vladimir Putin söyləyib.

oxu.az


Ana səhifəyə qayıt        Baxış: 3 506          Tarix: 11-03-2022, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma