Xəbər lenti
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
Ukraynada Rusiyanın başlatdığı dağıdıcı və ölümcül müharibə artıq həftələrdir davam edir. Ukrayna müdafiə olunur, Ukrayna xalqı və dinc şəhərləri müharibənin dəhşətləri ilə qarşı-qarşıya qalır. Müharibədə Ukrayna xalqının mübarizəsi ilə yanaşı ona göstərilən yardımlar və Rusiyaya qarşı atılan addımlar da həlledici rol oynayır. Bu yardımlar Ukraynanın müqavimətini davam etdirməsinə kömək edir, Rusiyanın isə hücumlarını zəiflətmək məqsədi daşıyır.
Ancaq Qərbin heç də bu məsələdə mütləq həmrəylik nümayiş etdirməsini də söyləmək olmaz. Ən azından Almaniya iki istiqamət üzrə də bu vəhdətin qarşısında dayanır desək, yanılmarıq.
Berlin sadəcə sözlə kifayətlənib Ukraynaya lazımı dəstəyi vermədiyi kimi, eyni zamanda alman biznesi də Rusiya bazarından imtina etmək niyyətində deyil. Hələ müharibədən əvvələ nəzər salsaq, Almaniyanın burada da Kiyevə dəstək olmadığını görə bilərik. Ukraynanın NATO-ya üzv olmasına qarşı durması bir yana qalsın, Almaniya hətta mövcud təhlükələr fonunda Ukraynaya digər ölkələrin dəstəyinə də qarşı çıxırdı.
Yəqin ki, 2022-ci ilin yanvarında Rusiyanın Ukraynaya hücumuna dair kəşfiyyat məlumatlarının yayılmasını hər kəs xatırlayır. Məhz həmin vaxt Qərb ölkələri Kiyevə silah dəstəyi verməyə başlamağı münasib bilsələr də, Almaniya istisna oldu. Üstəlik Almaniya yanvar ayında NATO müttəfiqi Estoniyaya da alman silahlarının ixracını qadağan edib. Xəbərdarlıqların reallığa çevrilməsindən, yəni Rusiyanın Ukraynaya hücumundan sonra da Almaniya Qərbin həmrəylik həlqəsinin ən zəif bəndi olaraq qaldı.
Artıq bu dövrdə Almaniya müharibənin eleyhinə çıxış etsə də, bu sözləri əməldə öz əksini tapmayan dövlət xislətinə büründü. Mətbuatda geniş işıqlandırılan məsələlərdən biri də Almaniyanın Ukraynaya söz verdiyi silahların kiçik bir qismini göndərməsi oldu. Məsələn, Kiyevə üç minə yaxın “Strela” zenit raketi söz verən Almaniya bunun cəmi 500 ədədini göndərə bildi. Bundan əlavə Almaniya kansleri Olaf Şolts da verdiyi açıqlamalarında sanki nədənsə “ehtiyat” etdiyini ortaya qoyur və xüsusilə vurğulayır ki, Almaniya Ukraynaya yalnız müdafiə silahları verib. Göstərmək istəyir ki, Almaniya müharibədə Kiyevin hücum potensialına sahib olmasına heç bir töhfə vermir. Bununla da sanki Rusiya qarşısında özünü sığortalamağa cəhd edir.
Bundan əlavə, artıq NATO ölkələri Ukraynaya sülhməramlı missiya göndərilməsi variantını gündəmə gətirir, bu istiqamətdə təşəbbüslər irəli sürülür, yeddi ölkə, həmçinin Fransa bu ideyanın mümkün ola biləcəyini bildirir. Ancaq Almaniya verdiyi açıqlama ilə birmənalı şəkildə NATO-nun Ukraynadakı münaqişəyə qoşulmayacağını qeyd edir. Avropa, NATO, Aİ bütün bu istiqamətlərdə Almaniya Ukraynaya daha güclü dəstək və həmrəyliyin qarşısını xüsusi nəzərə çarpmadan alır.
Ancaq Almaniyanın bu cür ikibaşlı davranışı Ukrayna rəhbərliyinin də diqqətindən yayınmır. Ukrayna Prezidenti Volodimir Zelenski də bu ölkənin parlamenti qarşısında çıxışında məhz açıq şəkildə bir sıra məqamları vurğulamaqdan çəkinmədi. Əslində V.Zelenski öz çıxışı ilə Almaniya hökuməti və parlamentini bir növ ifşa etdi də deyə bilərik.
“Sizə üç həftəlik tammiqyaslı hücumdan, minlərlə ukraynalı həlak olduqdan, şirkətlərinizin sizi və digər ölkələri müharibəni maliyyələşdirmək üçün istifadə edən dövlət Rusiya ilə əlaqələri necə qoruyub saxladığını gördükdən sonra müraciət edirəm”.
Volodimir Zelenski sadəcə alman parlamentarilərə müraciətinin əvvəlində səsləndirdiyi bir cümlə ilə belə Almaniya dövlətinin fəaliyyətinə ən dəqiq qiyməti ifadə edib. Ukrayna lideri Almaniya şirkətlərinin Rusiya ilə işgüzar münasibətləri davam etdirdiyini xüsusilə vurğulayıb. O, həmçinin Ukraynanın Qərb dünyası ilə sürətli inteqrasiyasına qarşı çıxan Almaniyanın hücuma təhrikdə məsuliyyət daşıdığını da vurğulayıb.
“Biz sizdən “Ukrayna NATO-ya üzv olmaq üçün nə etməlidir?” deyə soruşanda, belə bir həll yolunun masada olmadığını və olmayacağını eşitdik. Siz indi də Ukraynanın Avropa İttifaqına üzv olması məsələsini uzadırsınız. Bu, sizin üçün siyasətdir, ancaq əslində bunlar Avropanı ayıran yeni divarın daşlarıdır”.
Bəli, V.Zelenski əbəs yerə Almaniyanın fəaliyyətlərində Avropanı ayıran divarın əlamətlərini göstərmədi. Çünki müharibə və ona qədərki dövrdə Almaniya açıq-aşkar həmin divarın gizlicə hörülməsi ilə məşğul olurdu.
Ukrayna liderinin Almaniya parlamentində çıxışı da alqışlarla qarşılandı. Gurultulu alqışlar və ayaq üstə Zelenskini guya hərarətlə dəstəkləyən alman parlamentarilər... Lakin bu gurultu müraciət başa çatdıqdan sonra yerini ölü sükutla əvəzlədi. Parlamentarilər əvvəlcədən planlaşdırılmış gündəmdən kənara çıxmamağı uyğun bilərək, Zelenskinin çıxışını və çıxışı zamanı səsləndirdiyi tezisləri müzakirə etmək belə istəmədilər.
Almaniyanın bu davranışı yəqin ki, bütün dünya üçün siqnal xarakteri daşıyır. NATO-da, Aİ-də həmrəyliyə mane olan, Kiyevin çağırışlarına məhəl qoymayan, Rusiya ilə biznes münasibətləri naminə həqiqətləri sadəcə görməzdən gəlməyə çalışan Berlinin destruktiv fəaliyyəti nəzərdən kənar qalmamalıdır. Bu siqnalın mahiyyətinin nə olduğu, Almaniyanın Avropada hörməyə çalışdığı divarın kimə və nəyə qarşı olduğu ciddi araşdırılmalıdır.
Hər halda hazırkı vəziyyətdə Qərb üçün müharibədən daha çox Rusiyaya zərbə vurmaq imkanı daha cəlbedici görünür. Bu cür məqamda isə Almaniyanın mövqeyi Qərbin özü üçün ciddi narahatlıq doğurmalıdır. Ən əsası Ukrayna lideri Volodimir Zelenskinin bəhs etdiyi həmin o divar qurulursa, bunun perspektivdə yaradacağı təhlükələr diqqətlə təhlil edilməli və nəticə çıxarılmalıdır.
/Oxu.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar