Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
""Röyters"in sorğusuna görə, ABŞ əhalisinin 74%-i Ukrayna səmasının Rusiya üçün qapadılmasını dəstəkləyir. Respondentlərin 80%-i Rusiyadan neft-qaz idxalının qadağan olunmasına tərəfdardır. Bu, önəmli məsələdir, çünki ABŞ-da qərarların qəbuluna ictimai rəyin çox ciddi təsiri var".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli Qərbin Ukrayna ilə bağı mövqeyini şərh edərkən bildirib.
"Son günlər Qərb siyasətçiləri öz cəsarətsizliklərinə haqq qazandırmaq üçün Ukrayna səmasının uçuşa yasaq zona elan olunmasının 3-cü dünya müharibəsinə səbəb ola biləcəyini deməyə başlayıblar.
Halbuki indiyədək bir həqiqət onlara qəti şəkildə aydın olmalıydı ki, Putin yalnız güc görəndə dayanır və geri addım atır", - ekspert əlavə edib.
Təhlilçi bildirir ki, NATO öz hərbi gücünə görə, xüsusən hava qüvvələri sahəsində Rusiya ilə müqayisəyəgəlməz dərəcədə güclüdür.
Onun sözlərinə görə, Rusiya müharibənin 10-cu günündə hələ də zəif Ukrayna Hava Qüvvələrini məhv etməyə və səmanı nəzarətə götürməyə nail ola bilməyib: "NATO-nun bütün imkanları var ki, qısa müddətdə lazımi sayda təyyarə cəlb edərək Ukrayna hava məkanında 24 saat keşik çəkməyə başlasın.
Ukraynanın yaxınlığında çoxlu sayda NATO ölkəsi var - Polşa, Rumıniya, Türkiyə, Slovakiya, Macarıstan, Bolqarıstan. Onların infrastrukturu bu cür əməliyyatın həyata keçirilməsinə tam imkan verir.
Bu addımın atılması heç bir dünya müharibəsinə filan gətirib çıxarmaz. Rusiyanın belə bir gücü yoxdur və NATO-nun bu qərarına görə nüvə silahı da tətbiq etməz. Hava məkanının bağlanması Ukraynanın müharibədən qələbə ilə ayrılması ehtimalını xeyli yüksəldəcək".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar