Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Rusiyanın hərbi yolla Ukraynanı özünə tabe etmək planı böyük fiaskoyla nəticələnir. Artıq 1 aya yaxındır davam edən müharibədəki hərbi uğursuzluqlar Putini döyüş strategiyasında dəyişikliklər etməyə məcbur edib.
“AzPolitika.info” sözügedən mövzuyla bağlı ABŞ-ın “The New York Times” qəzetində dərc olunan materiaın bir hissəsini oxuculara təqdim edir: “Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi uğursuzluqlardan sonra “B” planına keçərək, mülki əhalini hədəf almağa başlayıb.
Putin bu yolla Ukrayna administrasiyasına təzyiq edərək, öz şərtlərini qəbul etdirməyə çalışır. Putin, “B” planına uyğun olaraq, Ukraynadakı sığınacaqları, xəstəxanaları və mülki obyektləri bombalayır, ukraynalıları evlərini tərk etməyə və kütləvi qaçqın axınları yaratmağa çalışır.
Putin bütün Ukraynanı hərbi yolla işğal edib saxlamaq əvəzinə, əsasən qadınlar, uşaqlar və qocalardan ibarət 5 və ya 10 milyon ukraynalı qaçqından strateji məqsədləri üçün istifadə etməyi planlaşdırır.
Putin bu yolla həm də Avropa üzərində böyük sosial və iqtisadi yük yaratmağı hədəfləyir. Son statistik məlumatlara görə, müharibə başlayandan bəri 3,3 milyondan çox qaçqın Ukraynanı tərk edib. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranı hesab olunur. BMT-nin məlumatlarıına görə, Ukraynada 6,5 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.
Bütün bunlar Putinin “B” planının hələ ki, onun istədiyi kimi getdiyini göstərir.
Putinin “B” planına qarşı ABŞ və Ukrayna prezidentləri Co Bayden və Zelenskinin “A” planları mövcuddur. Zelenskinin “A” planı Rusiya ordusunun müqavimətini qırmaq və onlara ağır itkilər verərək, Putini sülh danışıqlarına məcbur etməkdir.
Baydenin “A” planına isə Rusiyaya qarşı əvvəllər Qərbin heç vaxt tətbiq etmədiyi iqtisadi sanksiyaların tətbiqi və Ukraynaya silah göndərilməsi daxildir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar