"Rusiya Prezidenti Vladimir Putin 2 böyük münaqişədə – Suriya və Ukraynada sarsıdıcı məğlubiyyətlərə məruz qalıb və çətin ki, yaxın vaxtlarda yeni eskalasiyaya getsin".
Bu sözləri "Apostrof" saytına müsahibəsi zamanı rusiyalı politoloq Andrey Piontkovski deyib. Politoloqun sözlərinə görə, Putin təşkil etməyi çox istədiyi futbol üzrə dünya çempionatının sonuna qədər hər hansı bir qarşıdurmaya getməyəcək.
“Əlbəttə o, dünya çempionatını keçirmək istəyir. Çətin ki, hər hansı münaqişəyə getsin. Çünki Putin əsas istiqamətlər üzrə məğlubiyyətə düçar olduğunu yaxşı başa düşür. Ukraynanı götürək. Hanı onun “Rus dünyası” və “Novorossiya”sı? Bunlar artıq uğursuzluğa düçar olub. Donbas – heç də Putinin arzusunda olduğu şeylər baş vermədi. Yadınıza salın, onun 10-12 Ukrayna əyalətini tutmaqla bağlı “Novorossiya” planı vardı və o, ruslarla ukraynalılar arasında etnik müharibə başlamasına ümid edirdi. O, buna nail ola bilmədi və ağır məğlubiyyətə düçar oldu. Ukraynadakı rus əhalinin əksəriyyəti Ukrayna dövlətinə və onun seçimlərinə sadiq qaldı. Bu, Putinin ilk fundamental məğlubiyyəti oldu.
Suriyaya isə Putin qələbə üçün 3 dəfə ordu yeridib. Lakin amerikalılarla ilk toqquşmada elə bir utancverici məğlubiyyətə uğradı ki, Moskvadan nə döyüş, nə də üç yüz ölü barədə heç bir məlumat verilmədi”, – Piontkovski bildirib/Axar.az.
Paylaş: