Xəbər lenti

“Aprelin 2-də Kiyev vilayəti hərbi əməliyyatların əsas istiqaməti olaraq qalıb, burada qoşunlarımız düşməni şimal-qərb və şimal-şərq istiqamətində dövlət sərhədinə doğru qovub. Kiyev vilayətində müdafiəçilərimiz hərb sənətinin möcüzələrini nümayiş etdirirlər”.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, xüsusən Dmitrovka kəndində Ukrayna hərbçiləri əsl qəhrəmanlıq nümayiş etdirib. Burada iki Ukrayna tankı 10 Rusiya tankını və bir neçə PDM-i məhv ediblər.

“Bu hərbi qələbənin və peşəkarlığın möhtəşəm nümunəsidir”, - deyə A.Arestoviç qeyd edib.

Mənbə: Segodnya.ua



Ana səhifəyə qayıt        Baxış: 3 126          Tarix: 2-04-2022, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma