Xəbər lenti

"Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur".

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər: "Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük", - o əlavə edib.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin sözlərinə görə, Rusiyada hərbçilərə qarşı təzyiqlər başlayıb. O, bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlər də cəsarətsizlikdə və xarakter zəifliyində ittiham olunurlar.



Ana səhifəyə qayıt        Baxış: 4 034          Tarix: 21-03-2022, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma