Xəbər lenti

“İşğalçılar bizim müdafiəçilərimizə qarşı döyüşmək iqtidarında deyillər, buna görə də yerli əhaliyə qarşı terrora əl atır, dinc obyektləri bombalayırlar”.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O qeyd edib ki, Ukrayna ordusu Rusiya qoşunlarına məxsus komanda məntəqəsini məhv edib. Bu isə bir neçə generalın ölümünün mümkünlüyü anlamına gəlir. A.Arestoviç bildirib ki, ötən gün ən azı 10 hava hədəfi məhv edilib. Bunlardan beşi təyyarə, ikisi helikopter olub. Digər hədəflər isə pilotsuz uçuş aparatları və qanadlı raketlər olub.

“İşğalçıların yeni informasiya silahı Ukraynanın guya danışıqlarda məğlub olmasıdır. Bu, feykdir. Razılaşacağımız hər şey müharibəyə qədər olan dövrdən daha yaxşı olmalıdır. Ukrayna 1991-ci ildəki beynəlxalq sərhədlərində tanınmalıdır”, - deyə A.Arestoviç bildirib.

Mənbə: Segodnya.ua



Ana səhifəyə qayıt        Baxış: 3 927          Tarix: 17-03-2022, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma