Xəbər lenti

ABŞ Prezidenti Co Bayden bu gün Los-Ancelesdə keçirilən bir tədbirdə deyib ki, müharibədən öncə Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşına başlayacağına dair xəbərdarlıq etsə də Volodimir Zelenski bunui eşitmək istəməyib: “Amerika kəşfiyyatı Rusiyanın hərbi müdaxiləsinin qaçılmaz olduğu barədə Ukraynaya xəbərdarlıq etsə də, Ukrayna Prezidenti Volodimir Zelenski və çoxlu digər adamlar bu barədə eşitmək istəmirdi”. 

“AzPolitika.info” xəbər verir ki, Ukrayna tərəfi Baydenin bu açıqlamasına dərhal cavab verib. 

Volodimir Zelenskinin mətbuat katibi bildirib ki, Ukrayna rəhbərliyi müharibədən öncə dəfələrlə Qərb ölkələrini dərhal Rusiyaya qarşı privintiv sanksiyalar tətbiq etməyə və hərbi müdaxiləyə imkan verməməyə çağırıb.

Lakin Ukraynanı eşidən olmayıb: “Ona görə də “eşitmək istəmirdi” ifadəsi bir qədər dəqiqləşdirmə tələb edir. Xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanın sərhəddən qoşunlarını çəkməsi və deeskalasiya üçün tərəfdaşlarını priventiv sanksiyalar paketi tətbiq etməyə çağırmışdı və burda demək olar ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”.

Daha əvvəl Zelenski də daxil olmaqla, Ukrayna rəhbərliyi Rusiyanın hərbi müdaxiləsini gözlədiyini və bunun baş verəcəyini öncədən gördüyünü bildirib. Lakin nə siyasi rəhbərlik, nə də kəşfiyyat bu müdaxilənin həcminin və amansızlığının bu dərəcədə böyük olacağını təsəvvür etməyib. 



Ana səhifəyə qayıt        Baxış: 3 465          Tarix: 11-06-2022, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma