Xəbər lenti
Bu gün, 15:45
Bu gün, 14:25
Bu gün, 13:15
Bu gün, 10:18
Dünən, 20:25
Dünən, 19:48
Dünən, 18:45
Dünən, 16:55
Dünən, 14:20
Dünən, 12:00
Dünən, 10:26
31-01-2025, 23:46
31-01-2025, 22:40
31-01-2025, 21:45
“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında Bakı Bəyannaməsi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qaydaları haqqında Xartiya qəbul edilib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının açılış mərasimində deyib.
Bundan başqa, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin rəsmi loqosu və bayrağı təsdiq edilib.
11:30
"Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib.
Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Prezident deyib:
"Bu, təkcə sözlərlə ifadə olunan kampaniya və ittihamlar deyildi, özünü başqa şəkildə də göstərirdi. Bəzi ölkələr bu barədə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdılar. Lakin bizim Qoşulmama Hərəkatında olan dostlarımız bu cəhdin qarşısını aldılar. Beləliklə, Ermənistanın beynəlxalq səviyyədə Azərbaycana qarşı təxribatlarının qarşısı alındı. Mən buna görə sizə təşəkkür edirəm".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər