"Rusiya sonradan utanmamaq üçün həmişə danışıqları elə aparır. Biz dediyimiz sözlərə, mövqeyimizə görə məsuliyyət daşımağa hazırıq".
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya və Fransa Prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında konfidensial danışıqların Fransa tərəfindən yayılmasını şərh edərkən deyib.
Xatırladaq ki, ötən həftə “France 2” telekanalı Yelisey sarayı ilə bağlı sənədli film nümayiş etdirib. Film "Prezident, Avropa və Müharibə" adlanırdı. Həmin filmdə digər mövzularla yanaşı, Makronun fevralın 20-də Putinlə söhbətindən də bəhs edilir. Filmin nümayişinə bir neçə gün qalmış "Le Temps" Prezidentlərin danışıqlarının stenoqramını dərc edib.
Zəng zamanı Putin Ukrayna Prezidenti Volodimir Zelenskini Minsk razılaşmalarını yerinə yetirməyə hazırlaşması barədə yalan danışmaqda ittiham edib. Makron Putindən Ukrayna ilə sərhəd yaxınlığındakı qoşunlarını "sakitləşdirməyi" istəyib.
"Prinsipcə, biz elə danışıqlar aparırıq ki, heç vaxt utanmayacağıq. Biz həmişə düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq", - Lavrov deyib. Nazir qeyd edib ki, diplomatik etika, əlbəttə ki, danışıqların belə birtərəfli sızmasını nəzərdə tutmur.
Lavrov onu da vurğulayıb ki, Makron fevralın 24-dən, "xüsusi əməliyyat" başlayandan sonra Putinlə ən azı 10 və ya 11 dəfə telefonla danışıb.
Paylaş: