Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Cəmşid Dərələyəzli.
Tariximizin qara səhfələrindən, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri. Bu “tarixlərin” hər gün, hər saaat yeni nəsillərə xatırladılması, hər bir vətən sevdalısı ziyalımızın borcudur, vəzifəsidir. Amma nə yazıq ki, yazının sonunda da şahid olacaqsınız ki, nələrdən isə bu heç də hər zaman belə olmur.
Tarixi mənbələrdən məlumdur ki, Gülüstan müqaviləsi Çar Rusiyası ilə Qacarlar İranı arasında 1804-1813-cü illər müharibəsinin yekunlarını və Azərbaycanın həmin dövlətlər arasında birinci dəfə bölüşdürülməsini təsdiq edən rüsvayçı sövdələşmə sənədidir. Bu müqavilə ilə Qacarlar İranı bu müharibədəki biabırçı məğlubiyyətindən sonra, Şimali Azərbaycanı bütünlüklə (İravan, Naxçıvan və Talış xanlığının bir hissəsi istisna) Çar Rusiyasının hakimiyyəti altına keçməsini təsdiqləmişdir.
1826-cı ildə tərəflər arasında təkrarən, ikinci müharibənin başlanması nəticəsində Gülüstan müqaviləsi qüvvədən düşmüş, müharibə yenə də çar Rusiyasının üstünlüyü ilə başa çatdığı üçün, 1828-ci ildə çar Rusiyası ilə Qacarlar İranı arasında Türkmənçay müqaviləsi imzalanmışdır.
Türkmənçay “sülh müqaviləsi”- Qacarlar imperiyası ilə Rusiya imperiyası arasında imzalanan və ikinci Rusiya İran müharibəsini bitirən müqavilədir. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanan bu müqaviləyə əsasən, Gülüstan sülh müqaviləsi ilə Rusiyaya keçən ərazilərdən başqa, Qacarlar İranı İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalan hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi isə, Araz çayı götürülmüşdür.
Beləliklə, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürülmüş, yekunda Şimali Azərbaycan bütünlüklə çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarlar İranına qatılmışdır.
Bəlkə də bu müqavilələr dünya tarixində, özgə torpaqlarının bölüşdürülməsi məqsədi ilə bağlanılmış ən rüsvayçı müqavlılələrdir.
Bununla da 200 yüz ilə yaxındır ki, Azərbaycan Şimalda Rus şovnizmin Cənubda isə İran xüsusən də yüz ilə yaxındır (1925) ki, Fars millətçilərinin qurbanına çevrilərək, tarixin bütün məşəqqətlərindən keçmişlər və hələ də keçməkdədirlər.
Ən kədərlisi isə 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi ilə Çar Rusiyası Cənubi Qafqazda, gələcəkdə özünə dayaq yaratmaq məqsədi ilə əldə etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən, xüsusən də Ərəbistan çöllərindən kütləvi surətdə erməniləri köçürməyə başlaması olmuşdur. Çar Rusiyası bu yöndə öz məqsədinə çatdıqdan sonra Şimali Azərbaycanın İravan xanlığı ərazilərində ermənilərin dövlət olmaları üçün səylərini artırmış, nəhayət. Beynəlxalq güclərin də qatqısı ilə, o dövrüdə Azərbaycan Xalq Cümhuriyyətinin zəifliyindən istifadə edib, 1918-ci ilin 29 mayında bu barədə müqavilənin imzalanmsına nail olmuşlar. Sonradan İravan şəhəri də yeni elan olunmuş erməni dövlətinə mərkəz kimi verilmişdir. Bütün bunların qarşılığında isə, ermənilər rəsmi olaraq, gələcəkdə Azərbaycanın digər ərazilərinə olan iddialarından vaz keçirdilər.
Lakin, nə yazıq ki bu heç də belə olmadı. Sonradan Rusiya Bolşevik Hökümətinin istəyi ilə, 1920-ci ilin dekabrın 2-də imzalanan Rusiya Ermənistan Hərbi-Siyasi müqaviləsində Zəngəzur qəzasının “Ermənistan”ın tərkibinə keçdiyi mübahisəsiz fakt kimi tanındı. Bununla da ilkin olaraq ermənilərə dövlət olmaları üçün verilmiş 9 min kv. km. ərazi, Zəngəzur və ardınca da Dərələyəz, Göyçə və Qaraqoyunlu mahallarının “Ermənistan”a verilməsi ilə, ərazisi 29 min kv. km-ə çatdırılmışdır. Burada isə məqsəd 4 gün əvvəl, yəni 29 noyabr 1920-ci ildə elan olunmuş “Ermənistan” bolşevik hakimiyyətinin əlini möhkəmləndirmək və ən əası isə qardaş Türküyənin Azərbaycan və digər Tütrk dövlətləri ilə quru əlaqəsinin aradan qaldırmaq olmuşdur və bunu da o zaman Rusiya Bolşevik Hökümətinin başında duran zadlar açıq-aşkar etiraf edirdilər.
Bütün bunlarla paralel də, Rusiyanın dəstəyi və birbaşa hərbi müdaxiləsi ilə zaman-zaman Qərbi Azərbaycandan (indiki “Ermənistan”dan) Türklər öz dədə-baba torpaqlarından zorla sıxışdırılıb çıxarılmışlar. Sonda isə 1988-1989-cu ildə onlar bütün “Ermənistan”dan türkləri son nəfərlərinə kimi çıxarmaqla məqsədlərinə tam nail oldular. Ardınca isə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə “Ermənistan” Silahlı Qüvvələri ilə Rusiyanın 366-cı motoatıcı alayının birgə iştirakı ilə Xocalıda türklərə qarşı soyqırım törədildi və sonra da qısa zaman kəsiyində Qarabağ bütünlüklə işğal edildi.
Bəli düz 34 il bundan öncə, eynən bu aylardan başlayaraq tarixən bizim olan Qərbi Azərbaycan torpaqlarından sonuncu soydaşlarımız da zorla vətənlərindən didərgin salınmış, böyük bir el bitginliyə və ölümə məhkum edilmiş və sonda isə vətən torpaqlarımız tamamilə işğal olunmuşdur .
Tarixən, xüsusən də 20-ci yüz illiyin 1905, 1918-1920, 1948-1953 və nəhayyətdə də sonuncu 1988-1989-cu illərində bu yöndə baş verən faciələrimizi vətən sevdalısı ziyalılarımız və alimlərimiz zaman-zaman öz xatirələrində və yazdıqları kitablarda qeydə alıb da arxivləşdirmişlər. Amma təssüf ki, bu illər ərzində hökümət səviyyəsində Qərbi Azərbaycanla bağlı yazılan bütün bu real tarixi əsərlərin (bəlgələrin) bir mərkəzdə toplanılması üçün, nə bir muzey, nə də bir xatirə kompleksi belə yaradılmamışdır. Baxmayaraq ki, hələ 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində “azərbaycanlılara qarşı ermənilərin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət də verilmişdir”. Qaçqınlarla bağlı verilmiş qərar və sərənczmları, xüsusəndə bu məhz bu qərarı öz əməli fəaliyyətində daima rəhbər tutan Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən son 30 ildə, bəzən şahsımında iştirakı ilə bütün bunlar barəsində zaman -zaman Hökümətə rəsmi olaraq da, metbua t vasitəsi ilə də onlarla müraciətlər edilmişdir.
Nəhayət, 30 ildən sonra Hökümətin timsalında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə, dəyərli kinorejissorumuz Ayaz Salayevə Qərbi Azərbaycandan son 1988-89-cu il deportasiyasıyası ilə bağlı sənədli bir filmin çəklişi tapşırıldı. Bizlərin də yaxından-uzaqdan bu və ya digər şəkildə köməyi ilə (xüsusən də müsahibə üçün soydaşlarımızn kordinatlarının əldə edilib, Ayaz müəllimə ötürülməsi yönündə) 3 ilə yaxın bir vaxtda, bu filmin çəkilişi başa çatdırıldı və sonda, 14 iyin 2022-ci il tarixdə Bakıda Nizami kinoteatırında filmin primerası keçirildi.
Filmə baxmaq üçün çoxlu qonaqlar dəvət olunmuşdur. Azərbaycan Mədəniyyət nazirliyi və Milli Məclisin deputatlarından da tətbirə qatılmışdılar. Təbii ki, bizim üçün ən maraqlısı, filmin necə alınması idi.
Əvvəlcə tədbirin aparıcısı, tədbiri giriş sözü ilə açıq elan etdi və sonra söz verildi Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərliyə. Qaçqınlar Cəmiyyətinin sədri öz çıxışında bu filmin hazırlanmasında əməyi olan hər kəsə, xüsusən də Ayaz Salayevə öz təşəkkürünü bildirdi və çıxışında onu da vurğuladı ki, “bu film onun sədri olduğu Azərbaycan Qaçqınlar cəmiyyətinin yaxından dəstəyi və köməyi ilə çəkilib başa çatdırılmışdır”.
Sonra söz verildi filmin rəhbəri, kinorejissor Ayaz Salayevə. Ayaz müəllim də qıssa bir çıxışla bu filmdə qatqısı olan hər kəsə təşəkkürünü bildirib, nitqini tamamladı və sonda aparıcı qonaqları filmə baxmağa dəvət etdi və “tamaşa” başlanıldı.
Filmin sonunda məlum oldu ki, yuxarıda qeyd etdiyimiz və etmədiyimiz onca tarixi bəlgələrə rəğmən film gözləntilərimizin əksinə, çox zəif və məntiqsiz bir şəkildə çəkilib.
Belə ki, filmdə məqalənin əvvəlində sadaladığımız və sadalamadığımız tarixi faktların biri belə filmə salınmayıb. Həmçinin də nədən isə şahsımın deyilən faktlarla və 1988-ci ildə Sumqayıt hadisələrindən sonra “Ermənistan”da hadisələrin ilkin olaraq ermənilər tərəfindən türklərə qarşı təziqlərin necə başladıqları ilə bağlı verdiyim müsahibə də verilməmiş, yalnızca filmin faktiki ssenarisinə uyğun gəlməyən bir cümlə saxlanılmışdır. Sözün qısası, kənardan bu hadisələrin iştirakçısı və şahidi olamayan, xüsusən də gələcək nəsilər bu filmə baxdıqda, söhbətin nədən və kimdən getdiyini bir türlü kəsdirə bilməyəcəklər. Yəni o qədər primitiv.
Belə olan halda bu filmin hansı səviyyələrdə və kimlər tərəfindən senzuradan keçirilib (həqiqətən də keçirilibsə əgər) bu halə gətirilməsi də maraqlıdı.
Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, filmin başlanğıcında baş verən hadisələrin kökünün əsasən hansı dövrdən başlaması, deportasiyanın səbəb və səbəbkarları haqqında və o dövrüdəki Azərbaycan rəhbərliyinin bu deportasiyada “ rolu” və deportasiyadan sonrakı gedişatlara qatqısı haqqında bir kəlmə belə, fikir səsləndirilmir.
Məlum olmayan səbəblərdən isə, yuxarıda da qeyd etdiyimiz kimi, həmin fikirləri səsləndirən şəxəşlərin müsahibələri filmidən ya çıxarılmış və ya da qismən verilmişdir. Eləcə də qaçqınların o zaman Azərbaycana hansı məşəqqətlərlə gəlmələri haqqında da bir görüntü belə verilməmişdir.
Sadəcə bütün filmidə ayrı-ayrı mahallardan qaçqın düşmüş soydaşlarımızın heç bir xronoloji ardıcıllıq gözlənilmədən şahid olduqları hadisələr barədə fikirləri lentə alınıb. Burada da eyni insanların təkirar-təkirar ekrana gətirilməsi və eyni fikirləri səsləndirmələri filmi məntiqsiz və yorucu bir səviyyəyə gətirib çıxardığının şahidi olduq.
Filmdə Sovet dönəmindən gətirilən statlarda isə, ermənilərin humanizm obrazında maskalanmış sifətləri daha çox önə çəkilmişdir.
Filmdə hadisələrin siyasi çalarları da demək olar ki, yox səviyyəsində idi.
Bütün bu səbəblərdən dolayı da, sanıram filmin bu səviyyədə kütləvi informasiya vasitələrində müvəqqəti də olsa yayımlanması (hərçənd ki, heç yayımlanasa yaxşıdır) ərtələnməlidir. Çünki, həm səviyyəsinə görə, həm də Azərbaycanın 44 günlük qələbəsindən sonra sülhə gedilən indiki çətin yolda, bu filmin bu şəkildə yayımlanması məqbul sayılmaz. Digər bir səbəb isə, Azərbaycan dövlətinin sözçüləri tərəfindən Xankəndində qalan ermənilər üçün, “birgə yaşayışla” bağlı səsləndirdikləri fikirlərin səmimiliyinə də indiki halda kölgə düşürülmüş olar.
Əslində bu vəziyyətdə bu film, ümumilikdə Azərbaycanın 44 günlük qələbəsindən sonra Azərbaycan Dövlət Başçısı cənab İlham Əliyevin “Ermənistan”la bağlı yürütdüyü siyasətlə də uzlaşmır. Ona görə də film ilə bağlı bütün bu nüanslar və həssasiyətlər diqqətə alınmalı və ona uyğun da hərəkət edilməlidir.
O ki qaldı bu filmin çəkilişinə dəstək verənlərə, xüsusən də Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədrinin “tamaşadan” öncə səsləndirdiyi fikirlərə, əslində bu dəstək hansı yöndə olub bu barədə bilgim yoxdur amma, demək olar ki o dəstək filmdə səsləndrilən müsahibələrdə və fikirlərdə öz əksini tapmamışdır. O anlamda tapmamışdır ki, yaxından da tanıdığım Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri həm Qərbi Azərbaycan sevdalısı və həm də bir ziyalı olaraq, öz istəyi və şəxsi təşəbbüsü ilə Qərbi Azərbaycanın faciəvi tarixi, mədəniyyəti, toponimləri və bütün mahalların xronologiyası haqqında yazdığı onca çox cilidlik əsərlərə rəğmən, filmidə həm müsahibə verməyib (əslində müsahibə verməsi yaxşı olardı), həm də ən maraqlısı isə, bunca yazdığı tarixi bəlgələrdən heç biri filmidə öz əksini tapmayıb.
O ki qaldı Mədəniyyət Nazirliyinə, Mədəniyyət Nazirliyi bu işdə məsul olan kişilərdən, xüsusən də cənab Ayaz Salayevdən filmin bu şəkildə hazırlanması ilə bağlı izahat tələb etməli və bu işdə daşıdıqarı məsuliyyəti onlara çatdırmalıdır.
Unutmamalıyıq ki, yazılan hər bir əsər, çəkilən hər bir film tarixdir. Nəsillər gəldi gedərdi, qalıcı isə tariximizdir. O tarixlər isə gələcək nəsillərə bizlərdən əmanətdir və həm də bir mirasdır. Ki, gələcəkdə onlar millət olaraq öz gələcəklərini quranda keşmişlərini bilib də qursunlar. Çünki, keçmişini bilməyən millət, gələcəyini inşa edə bilməz. Day bu filmidəki kimi, keçmişi də yox. Çünki, bu film-film deyildi, sadəcə bir tapmaca idi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar