Xəbər lenti

“Ermənistan konkret addımlar ataraq regionda sülh istədiyini göstərməlidir”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalının efirində deyib.

“Danışmaq kifayət etmir. Ermənistan Zəngəzur layihəsi, hərtərəfli sülh sazişi məsələsi də daxil olmaqla konkret addımlar atmalıdır. Biz səmimiyik, Azərbaycan səmimidir, indi Ermənistanın nə qədər səmimi olduğunu görmək istəyirik”, - deyə Çavuşoğlu söyləyib.

Ermənistan-Türkiyə prosesinin Azərbaycanla əlaqələndirilməsindən danışan Türkiyənin XİN rəhbəri qeyd edib ki, “Ermənistan və digərləri” əslində bunun üçtərəfli xarakter daşıdığını unutmamalıdır.

Qeyd edək ki, Mövlud Çavuşoğlu Ermənistanla Türkiyə arasında müxtəlif görüşlərin olduğunu da qeyd edərək, Paşinyanın Ərdoğana zəng vurduğunu xatırladıb.

Onu da bildirək ki, daha əvvəl "SputnikArmenia"ya müsahibə verən Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Çavuşoğlunun Ermənistan tərəfindən gözlədiyi hansı cəsarətli addımlardan danışdığını bilmədiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 822          Tarix: 21-07-2022, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma