Xəbər lenti

ABŞ Prezidenti Co Bayden bu gün İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolları imzalayacaq.

Bu barədə dövlət başçısının iş cədvəlində deyilir. Cədvəli Ağ Ev yayımlayıb.

“Günortadan sonra prezident çıxış edəcək və Finlandiya Respublikası və İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair protokolların ratifikasiya sənədlərini imzalayacaq", - deyə cədvəldə qeyd edilir.

Ağ Evdəki mərasimdə həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edəcək.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 767          Tarix: 9-08-2022, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma