Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Ukraynaya hücum etməmişdən öncə Vladimir Putin NATO-ya sərt ultimatum vermişdi. Putinin bu xəbərdarlığında deyilirdi ki, Şimali Atlantika Alyansı Rusiyanın sərhədlərinə çatıb və Rusiya bununla qətiyyən barışmayacaq. Həmin ultimatumda daha sonra qeyd olunurdu ki, NATO 1997- ci ilin sərhədlərinə qayıtmalıdır, əks təqdirdə adekvat tədbirlər görüləcək. Bununla da Kreml açıq şəkildə bildirirdi ki, Ukraynanı işğal edəcək. Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatının başlamasından üç aya yaxın vaxt keçməsinə baxmayaraq, ruslar döyüş meydanında hər hansı operativ üstünlük əldə etməyiblər. Əvəzində, Qərb Ukarynaya böyük maliyyə ayırmağa və hərbi yardım göstərməyə başlayıb. Digər tərəfdən Rusiyaya qarşı həmişə neytral mövqedə dayanan Finlandiya NATO-ya daxil olmağı planlaşdırır. Bu isə Putinin NATO ilə bağlı strategiyasının tam uğursuzluğa düçar olmasının əyani sübutudur.
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “CNN” media şirkətinin internet portalında dərc edilən “Finlandiya çox yaxında üzvlük üçün NATO-ya müraciət edəcək. Nə üçün bu, Putin üçün pis xəbərdir?” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur.
Həmin yazını qısa ixtisarla təqdim edirik: ”Rusiyanın Ukraynaya qarşı təcavüzü bir çox istiqamətlərdə əks effekt verib. Belə ki, Vladimir Putin üçün ən təhlükəli nəticələrdən biri Finlandiyanın NATO-ya daxil olma perspektivinin gerçəkləşməsidir.
Bu yaxınlarda keçirilən rəy sorğusunun nəticələri göstərir ki, Finlandiya əhalisinin ən azından 60 faizi ölkələrinin NATO-ya üzv olmasını dəstəkləyir. Müqayisə üçün deyək ki, keçən il bu göstərici 30 faiz idi. Əgər hər şey gözlənildiyi kimi gedərsə, altı milyon əhalisi olan Finlandiya Avropanın təhlükəsizlik xəritəsində mühüm yer tutacaq.
Ukraynada müharibə başlamamışdan əvvəl Putn deyirdi ki, NATO Rusiya sərhədlərinə çox yaxınlaşıb və alyans 1990-cı illərin mövqeyinə geri çəkilməlidir. Rusiyanın NATO-nun beş üzvü ilə ümumi uzunluğu 1200 kilometr olan quru sərhədi var. Rusiya ilə 1280 kilometr sərhədə malik olan Finlandiyanın alyansa qoşulması formal baxımdan onun ABŞ -ın hərbi mövqeyindən çıxış edəcəyi anlamına gəlir. Finlandiyanın NATO-ya girməsi nəinki Kreml üçün pis xəbərdir, həm də Şimalı Atlantika Alyansı üçün çox yaxşı hədiyyədir.
Əhalisinin az olmasına baxmayaraq, Finlandiya qeyri-rəsmi şəkildə Qərbin mövqeyini dəstəkləyən dövlət kimi tanınır. Onun ordusu NATO tələblərinə cavab verən ABŞ texnikasından istifadə edir və ona görə də, Finlandiya çox asanlıqla alyansa qoşula bilər.
Ukrayna müharibəsinə qədər çoxları düşünürdü ki, Finlandiyanın NATO-ya üzv olmaması onun praqmatik siyasət yürütməsindən irəli gəlir
Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb “CNN”-ə müsahibəsində deyib: ”Finlandiyanın təhlükəsizliyi həmişə iki konsepsiyaya əsaslanıb. Birincisi, bu, coğarafiya və tarixdr. İkincisi, idealizm və realizmdir. İdeal dünyada biz Rusiya ilə əməkdaşlıq etmək istəyirik, çünki Rusiya bizim qonşumuzdur. Amma biz həm də tarixdən bilirik ki, Rusiya bizim üçün real təhlükədir. İndi artıq bəllidir ki, Rusiya bizim regionda böyük xaos yaratmaq istəyir. Ona görə də NATO-ya daxil olmaq praqmatik variantdır”.
Finlandiyanın NATO-ya qəbul edilməsinin Putin üçün ciddi zərbə olacağı şübhə doğurmur. Bu, alyansın Rusiya ilə əlavə 1280 kilometr sərhəddə qonşu olması ilə yanaşı, anti-Putin koalisyasının genişlənməsi deməkdir. Nə vaxtsa neytral ölkə olmuş Finlandiya indi Kiyevi maliyyləşdirir, ona silah yollayır, Putin isə beynəlxalq aləmdən uzaqlaşdırılır. Finlandiyanın alyansa daxil olması geosiyasi planda NATO-nun Arktika regionuna qədər uzanan strateji təsir mövqeyini gücləndirəcək.
Hazırda İsveç də NATO-ya üzv olmağa hazırlaşır. Ukrayna müharibəsi başlayandan hər iki ölkə eyni istiqamətdə siyasət yürüdürlər.
Əlbəttə, Finlandiyanın NATO-ya girmək istəyinə Rusiyanın cavab reaksiyası olacaq. Finlandiyanın hərbi kəşfiyyatının keçmiş əməkadşı Matti Kari bu barədə bildirib: ”Rusiya artıq dezinformasiya kampaniyasına başlayıb. Onların əsas mövzusu Finlandiyanı nasist ölkəsi kimi təqdim etməkdir. Ruslar deyirlər ki, İkinci Dünya Müharibəsi zamanı Finlandiya nasist Almaniyası ilə birlikdə SSRİ-yə qarşı mübarizə aparıb. Rusiya Finlandiyanın dənizdə hərəkətinə mane olmaqla yanaşı, həm də onun hava sahəsini poza bilər”
Amma NATO-ya üzv olma proseduru ərzində Finlandiyanın təhlükəsizliyi Böyük Britaniya və ABŞ tərəfindən təminat altına alınacaq. Beləliklə, Putinin NATO-nun Avropadakı təsirini azaltmaq cəhdləri tam əks effektlə nəticələnir”.
V. Bəsibov
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar