Xəbər lenti
27-11-2024, 19:25

Yaponiyanın Moskvadakı səfirliyinin nazir-müşaviri bazar ertəsi Yaponiyanın Vladivostokdakı baş konsulluğunun rəhbəri Motoki Tatsunorinin qanunsuz fəaliyyəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Konsul “persona non-qrata” elan edilib və 48 saat ərzində Rusiyanı tərk etməsi tələb olunub.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Nazirlikdən bildirilib ki, baş konsulluq əməkdaşının hərəkətləri ilə bağlı Yaponiya tərəfinə sərt etiraz bildirilib və müvafiq məzmunlu nota təqdim edilib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti yaponiyalı konsolu Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri, Qərbin sanksiya siyasətinin Primorsk diyarındakı iqtisadi vəziyyətə təsiri ilə bağlı məxfi məlumatları satarkən yaxalayıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 672          Tarix: 26-09-2022, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma