Xəbər lenti

“Biz Yunanıstanı bizə qarşı təhrik edənlərin niyyətini çox yaxşı bilirik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının vilayət başçıları ilə iclasında deyib.

“Bir tərəfdən də yerlərini bilməyənləri yerlərində oturdaraq hədəflərimizdən dönməyəcək bir qətiyyətlə yolumuza davam edəcəyik. Qərbi Trakya və adalarda yığılan silahlar bizim üçün hansısa məna kəsb etmir. Bizim gücümüz bunlardan daha çoxdur”, - deyən Türkiyə lideri Yunanıstana xəbərdarlıq edib: “Özünüzə gəlin. ABŞ-dan gələn dəstək sizə kömək etməz”.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 3 175          Tarix: 27-09-2022, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma