Xəbər lenti

“Yunanıstanın yanındakılara, arxasındakılara inanması özünü aldatmasıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Yunanıstan bu gün onu təhrik edənlərin heç birini gələcəkdə yanında görməyəcək: “Biz qonşuyuq. Yan-yana olan 2 ölkəyik. Problemlərimizi həll etmək üçün diplomatiya yolu prioritetimizdir”.

M.Çavuşoğlu söyləyib ki, üçüncü ölkələr Türkiyə-Yunanıstan münasibətlərində iştirak etməməlidir.

XİN başçısı qeyd edib ki, Türkiyənin soyuqqanlı mövqeyi Yunanıstanı narahat edir.

O xatırladıb ki, Egey dənizindəki adalardan biri 1923, bəziləri 1947-ci il müqaviləsi ilə Yunanıstana verilib: “Məqsəd sülh idi. Yunanıstan 60-cı illərdən etibarən adaları silahlandırmağa başlayıb. Beləliklə, qarşı tərəf razılaşmanı pozmuş oldu. Razılaşmaya görə, adaların silahlandırlıması nəzərdə tutulmamışdı”.




Ana səhifəyə qayıt        Baxış: 2 835          Tarix: 30-09-2022, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma