Xəbər lenti

Çərşənbə axşamı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla söhbət zamanı Azərbaycan prezidenti İlham Əliyevin nitqini “real olmayan bəyanatlar” adlandırıb.

Bu barədə "Tehran Times" bildirib.

Əmir Abdullahiyan fundamental konsepsiyaya - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasının, onların daxili işlərinə qarışmaqdan çəkinməyin vacibliyindən danışıb. “Tehranla Bakı arasında problemlərin həlli üçün yeganə yol dialoqdur”, - o əlavə edib.

Əmir Abdullahiyan deyib ki, bu cür fikirlər “əleydarların istismarı üçün münbit zəmin yaradır”.

Bazar ertəsi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kanaani bildirib ki, İran hər ehtiyatsız ifadəyə həddindən artıq kəskin reaksiya vermir, çünki Tehran qonşularına qarşı mehriban qonşuluq siyasətinə sadiqdir.

Müntəzəm mətbuat brifinqində jurnalistlərin qarşısında çıxış edən Kanaani əlavə edib:

"Heç kim İranın dözümlülüyünə zəiflik kimi baxmamalıdır. Tarixi dəqiq başa düşmək tərcih edilir. Çünki region xalqlarının tarixçəsi şəffafdır və təhrif edilə bilməz”.

Noyabrın 11-də Səmərqənddə (Özbəkistan) çıxış edən Əliyev əksəriyyəti İranın şimal-qərbində yaşayan Azərbaycan türklərini “soydaşlar” kimi salamlayaraq, onların “faciəli tale nəticəsində Azərbaycan dövlətindən ayrı düşdüklərindən kədərləndiyini bildirib, - “Tehran Times” qəzet iranlı nazirin fikirlərini açıqlayır.

Türk Dövlətləri Təşkilatının sammitində çıxış edən Əliyev deyib:

"Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların hüquqlarının, azadlıq və təhlükəsizliyinin qorunmasına xüsusi diqqət yetirir. Biz acı taleyin nəticəsində Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın bizim dilimizi, ənənələrimizi və mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq qalması və öz tarixi vətənlərilə heç vaxt əlaqəni kəsməməsi üçün səylərimizi davam etdirəcəyik”.

“Tehran Times” Türk Dövlətləri Təşkilatı oxuculara "pantürkist təşkilat" kimi anladır.

Qeyd edək ki, İlham Əliyevin Səmərqənddəki çıxışı İran İslam Respublikasının Azərbaycan əleyhinə bəzi hərəkətlərinə, o cümlədən Ermənistanın Qafan şəhərində İran konsulluğunun açılmasına, bu regionunun sakinlərinin müdafiəsilə bağlı İran səfirinin bəyanatlarından, İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Qarabağda erməni separatizmini dəstəkləməsindən sonra olub. (turan.az)




Ana səhifəyə qayıt        Baxış: 4 683          Tarix: 18-11-2022, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma