Xəbər lenti


“Vladimir Solovyovla axşam” siyasi tok-şousunun efirində rusiyalı təbliğatçılar "Qazaxıstan problemi”ndən narahat olublar.

 Qazax24.info xəbər verir ki, verilişin qonaqlarından biri Qazaxıstanda “nasist məhkəmələri”nin başlaya biləcəyini bildirib.

“Gəlin, diqqət yetirək ki, növbəti problem Qazaxıstandır. Çünki Ukraynada olduğu kimi, orada da “nasist məhkəmələri” başlaya bilər. Orada çoxlu ruslar var, ərazi və sərhəd ən uzundur. Semipalatinsk oradadır və bütün "Rosatom"umuz üçün nüvə yanacağı da oradadır", - təbliğatçı bildirib.

Proqram iştirakçılarından biri qeyd edib ki, Rusiya Qazaxıstanla sərhədi tanıyıb.

Qeyd edək ki, bundan əvvəl Vladimir Solovyov proqramda KTMT-nin mövcudluğunun məqsədəuyğunluğu məsələsini qaldırmışdı.

Dünən Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edərək qeyd edib ki, Rusiya və Qazaxıstan siyasi dialoq və əməkdaşlığı genişləndirir.




Ana səhifəyə qayıt        Baxış: 3 080          Tarix: 23-11-2022, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma