Xəbər lenti


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə dedi ki, əgər KTMT-nin digər üzvləri müttəfiqlik öhdəliklərinə əməl etməsələr, Yerevan 2023-cü ilin fevral ayına qədər bu təşkilatdan çıxacaq. Şübhəsizdir ki, Nikol Paşinyan necə deyərlər, Rusiyanın bostanına daş atır və demək istəyir ki, KTMT-nin rəhbəri sənsən və təşkilatın 4-cü maddəsinə əməl et. KTMT-nin 4-cü maddəsinə görə, üzv ölkələrin birinə hərbi müdaxilə bütün təşkilata hücum sayılır. 

Digər tərəfdən, Paşinyan birbaşa olmasa da, dolayısıyla Rusiyaya deyir ki, mən KTMT-ni tərk edə bilərəm və Qərbə yaxınlaşmağı nəzərdən keçirərərəm. Ermənistanın müdafiə nazirinin Parisdə fransalı həmkarı ilə görüşü və daha sonra Fransanın hərbi müşahidəçilərinin Azərbaycan-Ermənistan dövlət sərhədi bölgəsində daimi müşahidə apara biləcəyi haqqında söhbətlər göstərir ki, Paşinyan iqtidarı Rusiyaya qəzəbini gizlətmir. Xüsysilə, sentyabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədində baş vermiş geniş miqyaslı hərbi konfrantasiya və bunun nəticəsində KTMT-dən umduğunu ala bilməyən Ermənistan indi də başqa alternativlər axtarışına çıxıb. Görünən budur ki, Ermənistan Rusiyadan silah-sürsat ala bilmədiyi üçün üzünü Hindistana tutub və bu ölkə ilə 250 milyon dollarlıq hərbi müqavilə bağlayıb.

KTMT-yə gəlincə, bu regional hərbi təşkilatın fakt-araşdırıcı missiyasının rəhbəri Anatoli Sidorov sentyabrın 15-də Yerevana səfər etmişdi. Görünür, Sidorovun son qanlı toqquşmaların həllində diplomatik və siyasi yola baş vurulmasına istinad etməsi Paşinyan hökumətini məmnun etməyib. Sentyabrın 18-də KTMT-nin belaruslu baş katibi Stanislav Zas Ermənistana səfər edir və baş nazir N.Paşinyanın hərbi yardım tələbinə müsbət cavab vermir. Maraqlıdır, bu hadisə ilə paralel olaraq, KTMT-yə qarşı Yerevanın küçələrində etiraz aksiyaları keçirilir. Təbii ki, anti-KTMT aksiyalarının sifarişi Ermənistan hökumətindən gəlib. Bununla yanaşı, Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT-ni “atəş açmayan silah”adlandırmışdı. Sentyabrın 14-də isə erməni baş nazir N.Paşinyan belə demişdi ki, KTMT nizamnaməsinin 4-cü bəndi icra olunmalıdır. KTMT-nin 30 illik tarixində qrumun nizamnaməsinin 4-cü maddəsi bu ilin yanvar ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tələbi ilə bu ölkədəki etiraz aksiyalarına müdaxilə etmək üçün tətbiq olunmuşdu. Nəzərə alaq ki, KTMT-nin 6 üzvü var vı Azərbaycan bu təşkilata üz deyil, deməli Ermənistan güman edirdi ki, KTMT Azərbaycana müdaxilə edəcək. Bundan əlavə, Nikol Paşinyan sentyabrın 22-də BMT-nin Baş Assambleyasında çıxışında Azərbaycanı aqressivlikdə günahlandıraraq demişdi ki, KTMT Bakının hərbi müdaxiləsinə qeyri-adekvat reaksiya göstərir və bu, bundan sonra da qarşı tərəfin hücum riskini artırır. Təsəvvür edin ki, Paşinyan BMT-nin tribunasından belə Rusiyaya “buynuz”göstərdi və bu, Kremlə qarşı olduqca ilginc rest idi. Çünki buna qədər Ermənistanın belə yüksək səviyyədə Kremlə qarşı çıxdıgını müşahidə etməmişdik.

Bu arada, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Qevorkyan KTMT-nin baş katibi Stanislav Zasla görüşündə açıq demişdi ki, artıq bu hərbi qruma ümidimiz yoxdur. Ermənistandakı siyasi elitaya diqqət yetirsək, həm iqtidar, həm də müxalufətin daxilində KTMT-yə qarşı fikir ayrılıqlarını görə bilərik. Məsələn, müxalifət hesab edir ki, KTMT nə mükəmməl, nə də ən yaxşı hərbi təşkilat deyil,a ncaq Ermənistanın hələ ki, başqa alternativi də yoxdur. Zənnimcə, erməni siyasətçilər başa düşürlər ki, KTMT-ni tərk etmək indiki məqamda bu ölkə üçün təhlükəsizlik vakumu yarada bilər və bu, Ermənistanın geopolitik maraqları ilə üst-üstə düşmür. Yəni Ermənistan elə günü sabah KTMT-ni tərk etsə,  onu dərhal NATO-ya üzv qəbul etməyəcəklər. Üstəlik,Ermənistanın KTMT-dən çıxışının Rusiya tərəfindən sərt reaksiya ilə qarşılaşmayacagını da istisna etmək olmaz.

Onu da vurgulayım ki,Ermənistanın KTMT-dən çıxması bu ölkənin ətrafındakı təhlükəsizlik landşaftına da təsir edə bilər. Və horizonda Ermənistan üçün KTMT-ni əvəz edən başqa təhlükəsizlik çətiri də mövcud deyil. Ehtimal edirəm ki,Paşinyanın KTMT ilə baglı son dedikləri həm blef, həm də Putinə dış qıcırtmaqdır. Görünür, Paşinyan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelisinin Ermənistana səfərindən sonra manevr imkanlarını göstərməyə çalışır. Eyni zamanda, Paşinyanın Parisdə Fransa prezidenti Emanuel Makronla da görüşü onu deməyə əsas verir ki, o, bundan sonra da qlobal güclər arasında manevrlərini daha da intensivləşdirəcək.

Kamal Əliyev, 

Kafkassam




Ana səhifəyə qayıt        Baxış: 6 676          Tarix: 2-10-2022, 04:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma