Xəbər lenti

“Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir”.

Bunu martın 29-da Latviyada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Latviya Prezident Aparatında görüşündə deyib.

Qriqoryan görüşdə həmkarlarına Laçın dəhlizinin “bağlanması”ndan və yaranmış “humanitar böhran”dan danışıbb. O, Azərbaycanda mümkün eskalasiya ilə bağlı narahatlığını bildirib. Bu səbəbdən Qriqoryan Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin zəruriliyini deyib.

Latviyanın tərəfdaşları təhlükəsizlik məsələlərində Ermənistanı dəstəkləməyə və Aİ missiyasını gücləndirməyə hazır olduqlarını bildiriblər./Konkret.az




Ana səhifəyə qayıt        Baxış: 3 190          Tarix: 29-03-2023, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma