Xəbər lenti

Davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən minlərlə döyüşçü əsir götürüb. Son aylar ərzində bir neçə dəfə irimiqyaslı əsir mübadiləsi aparılıb. Rusiya tərəfi iddia edir ki, düşmənin əsir düşən əsgər və zabitlərinə münasibət çox humanist olur, məhbuslar hətta müalicə də olunur. Ukrayna Silahlı Qüvvələrinin düşərgələrindən qayıdan rusiyalı məhbuslar isə əksinə, işgəncə və zorakılığa məruz qaldıqlarını bəyan edirlər. 

Dövlət Dumasının hərbi əməliyyatlar üzrə əlaqələndirmə qrupunun sözçüsü Şəmsail Saraliyev Rusiya Müdafiə Nazirliyi Ukraynanın müsəlman hərbi əsirlərin dəyişdirilməsi təklifini qəbul etmədiyi barədə iddiaları təkzib edib. Saralıyev bildirib ki, əksinə, Rusiya tərəfi bu təklifi aldıqdan dərhal sonra müsəlman hərbi əsirlərin dəyişdirilməsinə razılıq verib. Musavat.com bu barədə barədə RBK kanalına istinadən xəbər verir.

“Şəxsən mən Ukrayna tərəfdən də analoji təklif almışam və ona müsbət cavab verilib”, - deyən Saraliyev Rusiyanın əsirləri dəyişdirməkdən imtina etməsi ilə bağlı ittihamlarını təkzib edib.

Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Daria Zarivnaya isə bildirib ki, Kiyev Rusiyaya müsəlmanları “hamıya qarşılıqda hamı” düsturuna uyğun dəyişməyi təklif edib, lakin Moskva bu ideyanı “çox həvəssiz qəbul edib”.

Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusu sıralarına xüsusilə regional subyektlərdən müsəlmanların cəlb edilməsi barədə məlumatlar yayılıb.  Çeçenistan rəhbəri və onun nəzarətində olan respublika müftiliyi  isə Ukrayna qarşı müharibəni hətta “cihad” adlandırıb.  Müfti  işğalçı müharibəni “peyğəmbər və İslam uğrunda müharibə” adlandırıb və bu döyüşdə həlak olanlar öz inancları uğrunda şəhid olacaqlarını deyib.  Ukrayna Silahlı Qüvvələrində də müsəlman batalyonlarının olduğu məlumdur.   

Rusiya və Ukrayna arasında sonuncu dəfə hərbi əsirlərin mübadiləsi martın 7-də baş tutub. Rusiya tərəfi 160 ukraynalıya qarşı 160 rus əsirinin geri almasını təklif edibmiş, lakin rəsmi Kiyev cəmi 90 nəfərin mübadiləsinə razılaşıb. Daha sonra Rusiyada İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova bildirib ki, danışıqlar prosesi davam edir və “hər bir hərbi əsirin xilası üçün mübarizə aparır”. Daha sonra rusiyalı ombudsman Kiyevin azad etməkdən imtina etdiyi 70 hərbi əsirin siyahısını dərc edib. Martın 31-də Moskalkova bildirib ki, Ukrayna adlı siyahıda olan hərbi əsirləri niyə azad edilməsi və ya dəyişdirilməsinə qarşı olduğunu izah etmir və beləliklə, hərbi əsirlərin mübadiləsini pozur.

Ukrayna münaqişə zamanı Kiyev qüvvələri tərəfindən əsir götürülən bütün ağır yaralı məhbusları Rusiyaya təhvil verdiyini bəyan edib. Rusiya tərəfi bu məlumatı təsdiqləməyib və şərh etməyib.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 831          Tarix: 8-04-2023, 17:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma