Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib.

Bu barədə çərşənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Mayın 25-də o, Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək. Səfər zamanı baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, səfər çərçivəsində Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidentinin üçtərəfli görüşü də planlaşdırılır.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 061          Tarix: 24-05-2023, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma