Xəbər lenti

Dəfələrlə üçtərəfli razılaşmaları pozan İrəvan bu dəfə növbəti qanunsuzluğu özü etiraf edib.

Söhbət bu ölkənin Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinə Rusiyanın nəzarətindən imtinasından gedir.

Bu barədə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb. O bu fikirləri qonşu ölkələrlə iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının gələcəyindən danışarkən səsləndirib:

“Kommunikasiyaların açılması ilə bağlı bir vacib detal var ki, məncə, bütün iştirakçılar üçün artıq aydındır. Sərhədlərə tam nəzarət, sərhəd xidmətlərinə nəzarət Ermənistan tərəfindən həyata keçiriləcək. Yəni Ermənistan kontekstində kommunikasiyaların açılması o deməkdir ki, sərhəd xidmətini yalnız Ermənistan həyata keçirəcək”.

Bundan əlavə Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı bəyanatda bu məqam ciddi şəkildə öz əksini tapıb - nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nin sərhəd xidmətinə həvalə edilib. Görünür, Ermənistan hökuməti və onun lideri hər nə qədər Rusiyanın üzünə gülsələr də, Qərbin sifarişləri ilə hərəkət etməyə davam edirlər.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 4 743          Tarix: 5-06-2023, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma