Xəbər lenti

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Qara, Qəndil və Asos bölgələrində keçirilən əməliyyat nəticəsində terrorçulara məxsus 25 hədəf məhv edilib, eyni zamanda xeyli sayda terrorçu zərərsizləşdirilib.

Əsasən Türkiyə istehsalı olan silah və texnikadan istifadə edilən əməliyyat zamanı mülki əhali, dost ölkələrə məxsus bazalar, mədəni və tarixi abidələr, eləcə də ətraf mühitin zərər çəkməməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb.




Ana səhifəyə qayıt        Baxış: 2 039          Tarix: 27-07-2024, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma