Xəbər lenti

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin rəhbərlik etdiyi muzdlu təşkilatın Müdafiə Nazirliyi ilə müqavilə bağlamayacağını bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla Priqojin Putinin əmrini heçə sayıb.

“Biz bu müharibədə iştirak etməyə başlayanda heç kim Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur qalacağımızı demədi. “Vaqner” döyüşçülərinin heç biri belə bir utanca getməyə hazır deyil. Ona görə də heç kim saziş imzalamayacaq”, - deyə Priqojin bildirib.

Xatırladaq ki, iyunun əvvəlində Sergey Şoyqu bütün “könüllü” birləşmələrə Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı əmr edib.




Ana səhifəyə qayıt        Baxış: 3 763          Tarix: 14-06-2023, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma