Xəbər lenti

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatı İrəvanı üçtərəfli formatda prosesdən geri çəkilməməsinə yönəlik çağırışdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Verelk” Analitik Mərkəzinin eksperti Ayk Xalatyan danışıb.

Erməni ekspert hazırda İrəvan və Bakının Qərblə Rusiyaya qarşı vahid oyun oynadığını iddia edib.

Ayk Xalatyanın fikrincə, Zaxarovanın mesajı təkcə Bakı və İrəvana deyil, həm də Qarabağa - artıq Paşinyanla ortaq oyun oynayan Arayik Arutyunyana göndərilib. Bütün bunlar onu birdən-birə Rusiyanın mövqelərinin zəifləməsinə səbəb olacaq addımlar atmaqdan çəkindirmək üçündür.

Xalatyanın sözlərinə görə, Qərbin əsl məqsədi Rusiya sülhməramlılarını Qarabağdan çıxarmaqdır.

“Əgər nizamlanma Qarabağın Azərbaycana təslim edilməsi ilə başa çatsa, bu, qaçılmaz olaraq Ermənistan-Rusiya strateji münasibətlərinə yenidən baxılmasına gətirib çıxaracaq. Bütün bunların nəticəsində 102-ci Rusiya hərbi bazasının çıxarılması, Ermənistanın KTMT-dən çıxması istisna edilmir”,-deyə o, vurğulayıb.

Erməni ekspertə görə, Moskva bu proseslərin nəticələrini yaxşı bilir, başqa bir məsələ onların onlara necə reaksiya verəcəkləridir.

“Rusiya dairələrində bir neçə variant nəzərdən keçirilir - Rusiya müqavimət göstərməyə çalışır, anti-Rusiya proqramının həyata keçirilməsinə imkan vermir. Ukrayna ilə münaqişəyə görə Rusiyanın Cənubi Qafqazda geri çəkilməyə qərar verəcəyi istisna edilmir. Rusiyada rəsmi İrəvanın mövqeyinə görə “Ermənistan və Qarabağı tərk etməyin daha az zərərli ola biləcəyi” düşüncəsi üstünlük təşkil edə bilər”,-deyə o, qeyd edib.

Ayk Xalatyan belə bir variantın hələ ki, ekspert dairələrində müzakirə olunduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 414          Tarix: 22-06-2023, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma