Xəbər lenti

Rusiyanın müxalif mediası “Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamı ilə bağlı iki versiya irəli sürüb.

Axar.az xəbər verir ki, birinci versiyaya əsasən, Priqojin iki aydır Rusiya Prezidenti Putinlə görüşməyə can atıb, ancaq prezidentin ətrafı müdafiə nazirini dəstəkləyib və bu görüşə imkan verməyib.

Bunun ardınca isə Priqojin və “Vaqner”i zərərsizləşdirməklə hədələyiblər. Priqojinin qiyama qalxmaq və Putinin diqqətini bütün proseslərə cəlb etməkdən başqa yolu qalmayıb.

“Bütün bu müddət ərzində həqiqətən də “Vaqner” qrupunun və Priqojinin özünü məhv etmək üçün tədbirlər hazırlanırdı. Priqojinin seçimi yox idi. O, “yürüş” başlayandan sonra Putinin onun tərəfini tutacağını gözləyirdi”, - mənbə bildirib.

O iddia edib ki, Priqojin sərhədi keçib, Rostova doğru hərəkət edərkən müdafiə naziri Şoyqu dərhal şəhərdən çıxıb və Moskvaya gedib. Şoyqu hadisə haqqında birbaşa Putinə özü məruzə edib və öz informasiyasını çatdırıb. Putin isə əsəbiləşib və dərhal qərar verib. Yalnız Tulanın indiki qubernatoru, Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin məsələyə qarışandan və Putinə məruzə edəndən sonra əsl həqiqəti bilən prezident fikrini dəyişib.

İkinci mənbə isə iddia edib ki, Priqojin Putinə həddən artıq sadiqdir və bu, yalnız oyundur. Priqojinin üsyanından dərhal sonra Dyuminin dövriyyəyə girməsi də planın tərkib hissəsi olub (Xatırladaq ki, Belarus lideri Lukaşenko ilə bərabər, Dyuminin də Priqojinlə danışıqlarda iştirak etdiyi bildirilir – red.).

Mənbənin sözlərinə görə, Putin dostluğa həddən artıq sadiqdir və Şoyqu ilə şəxsi dostluq əlaqələri var. Bu isə ona Şoyqunun vəzifədən azad etməyə imkan vermir. Putin Şoyqu və Müdafiə Nazirliyinin yüksək vəzifəli generallarından qurtulmaq üçün bu oyunun qurulmasında iştirak edib.




Ana səhifəyə qayıt        Baxış: 3 236          Tarix: 25-06-2023, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma