Xəbər lenti

Belarus müxalifətçisi, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya bildirib ki, "Vaqner" muzdluları Polşa, Litva və Latviya üçün təhlükə vəd edir.

Musavat.com xarici mediaya istinadla bildirir ki, S.Tixanovskaya "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinin Belarusa getməsindən narahatlığını bildirib.

Bloomberg-in məlumatına görə, Tixanovskaya muzdllu hərbçilərin Belarusa mümkün gəlişinin bir çox risklərə səbəb olacağı fikrini ifadə edib. O, bir sıra potensial təhlükələri, o cümlədən prezident Aleksandr Lukaşenkonun əleyhdarlarına qarşı mümkün repressiyaları, ölkədə rus qoşunlarının mövcudluğunu və Rusiyadan taktiki nüvə silahlarının yerləşdirilməsini qeyd edib.

Bundan əlavə, Tixanovskaya təklif edir ki, Priqojin Belarusda Rusiya hərbçilərinin təlimi, silah alveri və ya Ukraynaya hücumlar planlaşdırması ilə məşğul ola bilər.

Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda NATO-nu Priqojin və “Vaqner” döyüşçülərinin bir hissəsinin Belarusa keçəcəyi təqdirdə alyansın şərq cinahının təhlükəsizliyini gücləndirməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 797          Tarix: 26-06-2023, 18:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma