Xəbər lenti

Liviyadakı "Vaqner" aviabazasına Türkiyə istehsalı olan pilotsuz təyyarələr tərəfindən hücum edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə Livanın “Arabi21” saytı ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə istehsalı olan “Akıncı” PUA-larının vurduğu zərbələri Liviya milli birlik hökuməti (2021-ci ildən ölkənin müvəqqəti hökuməti) həyata keçirib.

"Vaqner" obyektləri ölkənin ikinci böyük şəhəri Benqazidən 150 km cənub-qərbdə yerləşir.




Ana səhifəyə qayıt        Baxış: 3 087          Tarix: 2-07-2023, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma