Xəbər lenti

Böyük Britaniya Mərkəzi Afrika Respublikası, Sudan və Malidə Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olduğu iddia edilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Britaniya hökumətinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

“Vaqner”lə əlaqəli olduğu iddia edilən səkkiz şəxs və beş şirkət sanksiyalara məruz qalıb.

Müvafiq qərar sanksiyalar siyahısının yeni variantına daxil edilib və Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

Sanksiyalar siyahısına Sudanda qızıl hasilatı ilə məşğul olduğu iddia edilən Yevgeni Priqojinin “M İnvest” şirkəti, Sudanın “Maroe Gold” və “Al-Solag Mining Company”, həmçinin Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən, ölkədə sülh və sabitliyə xələl gətirən fəaliyyətlərlə məşğul olduqları iddia edilən “Lobaye Invest Sarlu” və “Sewa Security” şirkətləri daxil edilib. Bütün şirkətlərin “Vaqner”lə əlaqəli olduqları iddia edilib.

Siyahıya, eyni zamanda 8 nəfər də əlavə edilib ki, Britaniya Xarici İşlər Nazirliyi onların Priqojinin strukturlarının işçiləri və ya “Vaqner” özəl hərbi şirkəti bölmələrinin komandirləri olduqlarını hesab edir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 4 149          Tarix: 20-07-2023, 20:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma