Xəbər lenti

Nə qədər çətin olsa da, “Artsaxda” (rus sülhməramlılarının nəzarət etdyi bölgədə oyuncaq və qondarma quruma verilən uydurma ad-red.) antiböhran idarəçiliyi addımların ardıcıllığını müəyyən etməklə həyata keçirilməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Erməni siyasətçiyə görə, “hər gün ortaya çıxan problemlərin həlli yollarını tapmaqla yanaşı, nə qədər mürəkkəb, qısa və orta müddətli problemlər varsa müəyyən olunmalı və prioritetləşdirilməlidir”.

“Qarabağdakı erməni “hakimiyyəti” həll yolunu görmürsə və ya artıq öz daxilində təslim olubsa, bu o demək deyil ki, proseslər ətalətlə getməlidir. Yenə deyirəm, reallıq nə qədər sərt olsa da, dövlətin (qondarma qurum nəzərdə tutulur-red.) birinci vəzifəsi vəziyyəti mümkün qədər idarəolunan etməkdir”.

Erməni deputatın bununla nə demək istədiyini yəqin ki ermənilər özləri anlamayıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 160          Tarix: 6-08-2023, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma