Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Növbəti müharibə Ermənistan ərazisində olacaq...”
Rusiya Erməniləri İttifaqının (erməni diasporunun) rəhbəri Ara Abramyan çərənləyib. Sitat: “Azərbaycan indi qələbənin eyforiyasını yaşayır. Ancaq bir gün bu eyforiya onlarla pis zarafat edəcək. Biz gec-tez özümüzdə güc tapıb Qarabağda itirdiklərimizi geri qaytaracağıq. Qarabağ heç vaxt Azərbaycanın əlində qalmayacaq. Biz beynəlxalq məhkəmələrə müraciət edəcək, müharibənin nəticələrinə, müharibə cinayətlərinə, beynəlxalq hüququn bütün normalarını pozmasına görə Azərbaycanın ədalət mühakiməsi önündə durmasına nail olacağıq”.Qeyd edək ki, 44 günlük savaşdan sonra belə radikal, revanşist, sərsəm mövqedə olan tanınmış, imkanlı ermənilər kifayət qədərdir. Öz xalqına pisliyin buynuzu-zadı olmur ki. Təhlükəlisi odur ki, onların əlində böyük paralar var. Bu paralar bədbəxt erməniləri Azərbaycanla sülh əvəzinə, növbəti hərbi avantüraya apara bilərmi? Ara Abramyan Putinə yaxın ermənilərdən sayılır. Belə avantürist bəyanatları o, nə üçün verir?
“Burda deyiblər: ”Oğru elə bağırdı ki...". Bu faşist təfəkkürlü erməninin sözlərindən belə çıxır ki, bir ölkənin işğala son qoyub öz ərazi bütövlüyünü güc yolu təmin eləməsi" “müharibə cinayəti” imiş, “beynəlxalq hüququn bütün normalarının pozulması” imiş. Bunun əksi isə, yəni Azərbaycan ərazilərinin 30 il işğal altında saxlanması Ara Abramyana görə, məhz beynəlxalq hüquq normalarının gözlənməsi imiş.
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Abramyan kimi ermənilər reallıq hissini itiriblər və gülünc, avantürist fikirlərlə özlərini lağ obyektinə çevirirlər, həmçinin nə dərəcədə həyasız olduqlarını nümayiş etdirirlər. Abramyanın açıqlaması, eyni zamanda, ermənilərin beynəlxalq hüququ öz istək və arzularına uyğun təhrif etmələrinin, həmçinin xam xəyallarla yaşadıqlarının daha bir əlamətidir. Rusiya kimi böyük ölkədə erməni diasporunun rəhbəri bu düşüncədədirsə, görün indi aşağı ranqlı ermənilər hansı vəziyyətdədirlər. Ara Abramyan deyəsən unudur ki,
Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi torpaqlar BMT, digər bütün böyük beynəlxalq təşkilatlar tərəfindən rəsmən Azərbaycan ərazisi olaraq tanınıb. Eləcə də Ermənistan istisna olmaqla, Rusiya daxil, dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, 30 ilə yaxın erməni işğalında saxlanan və keçən il azad edilən ərazilərimiz də ölkəmizin ərazisi olaraq tanınıb. Sərsəm fikirləri ilə əslində özünü gülüş obyektinə çevirən Abramyan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsini tələb edən 4 qətnaməsini də unutmaq qədər reallıq hissini itirib. 44 günlük müharibədən keçən müddətdə çoxsaylı dövlətlərin Azərbaycanı öz torpaqlarını azad etməsi münasibətilə təbriklərini də bu faşist təfəkkürlü erməni görmək istəmir. Hətta Ermənistanın keçmiş prezidentləri belə, son zamanlar açıqlamalarında Azərbaycanın öz ərazilərini geri qaytardığını dolayısı ilə də olsa etiraf edirlər. Ancaq Ara Abramyan kimi həyatı ancaq pulda görən erməni milyarderlər bütün bu reallıqları qəbul etmirlər".
Deputat hesab edir ki, Abramyan kimi erməni “iş adamları”nı yandırıb-yaxan və dilə gətirən əslində başqa məqamdır: “Çoxlu sayda erməni ”iş adamları" var ki, 30 ilə yaxın Azərbaycanın işğal olunmuş ərazilərindən qanunsuz olaraq istifadə edib milyardlarla dollar vəsaitlər əldə ediblər. Erməni işğalında olan ərazilərdə narkotik bitkilərin becərilməsi, narkolaboratoriyalar qurulması və narkotik maddələr hazırlanması kimi cinayətləri də məhz bu cür erməni “iş adamları” həyata keçiriblər. Qarabağı 30 il ərzində narkotranzit, qanunsuz silah alveri üçün tranzit yol kimi də erməni “iş adamları” istismar ediblər. Bir çox ermənilər məhz qeyd etdiyim cinayət əməlləri vasitəsilə milyarderə çevriliblər. Azərbaycanın müzəffər ordusu 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızı azad etməklə həmin erməniləri böyük qazanc mənbəyindən məhrum edib. Bu qazanc mənbələrinin əldən çıxması ilə Ara Abramyan kimi ermənilər barışa bilmirlər. Yəni əslində onların dərdi heç də erməni xalqının maraqları məsələsi deyil".
A.Hüseynov vurğuladı ki, əksinə, Abramyan kimiləri o cür mövqe ortaya qoymaqla, revanşist əhval-ruhiyyə yaratmaqla Ermənistan əhalisinə, sadə ermənilərə pislik etmiş olurlar: “Qonşu ölkənin torpaqlarına iddia, işğalçılıq siyasəti, radikal əhval-ruhiyyə Ermənistanı bugünkü acınacaqlı duruma gətirib çıxarıb. İndi belə çıxır ki, Abramyan kimilər Ermənistanın, erməni əhalinin fəlakətlərinin davam etməsinin tərəfdarıdırlar. Əks halda revanşizmi körükləməzdilər, qonşu ilə sülh şəraitində yaşamağın vacibliyinin təbliğatını aparardılar. Bu cür avantürist erməni milyarderlər bədbəxt erməniləri Azərbaycanla sülh əvəzinə, növbəti hərbi avantürayaya cəlb etmək istəyirlər. Çünki belələri ”bulanıq suda balıq tutmaq" təcrübəsinə malikdirlər. Onları o cür avantürist bəyanatlarla çıxış etməyə vadar eləyən də yuxarıda sadaladağım məqamlardır. Ermənistan əhalisi normal yaşamaq istəyirsə qızışdırıcı, avantürsit təbliğata, çağırışlara yox deməyi bacarmalıdır".
Fəzail Ağamalı
Deputat Fəzail Ağamalı isə bildirdi ki, ermənilər Azərbaycanın zəfərini həzm edə bilmirlər, hələ də psixoz vəziyyətindən çıxmayıblar: “Ona görə də bu və buna bənzər sərsəm fikirlərini dilə gətirirlər. Lakin onlar unutmalı deyillər ki, Azərbaycanın bu gün gücünün üzərinə zaman keçdikcə güc gəlir. Ara Abramyan iş adamıdır və böyük maliyyə imkanlarına malikdir. Ancaq istənilən xalqın istənilən nümayəndəsinin maliyyə imkanlarına malik olması onun digər imkanlara və gücə malik olması anlamına gəlməli deyil. Abramyan elə duruma düşə bilər ki, bir anın içərisində illərdən bəri qazandığını tamamilə itirər. Əgər o, bu cür geniş imkanlara malik idisə, nədən 44 günlük müharibədə dövründə göstərdiyi bütün yardımlara baxmayaraq Ermənistanı məğlubiyyətdən, sarsıdıcı zərbə almaqdan xilas edə bilmədi?! Hər kəsə bəlli idi ki, Rusiyadan gizli yollarla Ermənistana silah daşınır. Bu işdə Ara Abramyan bir nömrəli rol oynayırdı. Nə oldu? Abramyan da Ermənistanla bərabər zəlil günə düşdü. İndi onun acısını yaşayır və psixoz vəziyyətdə avantürist sərsəm fikirlər dilə gətirir. Abramyan kimi revanşist, türkə nifrət bəsləyən, cibi dolu, başı boş olanlar o cür fikirlərlə həm də öz xalqını böyük fəlakətə sürükləyirlər. Abramyanın söyləmiş olduğu müharibə Ermənistanın ərazisində olacaq. Onda
Ermənistan dövləti yerlə yeksan olacaq.
Bu gün Azərbaycanın Abramyanın bilmədiyi qədər böyük gücü var. Eyni zamanda beynəlxalq qanunlar, konvensiyalar da Azərbaycanın haqlı olduğunu təsdiq edir. Rusiya Ermənistana himayəsini danaydırsa, Ermənistan adında dövlət qalmayacaq. Abramyan kimi sərsəmləmə xarakteri daşıyan çıxışları bizimi daha da ayıq-sayıq etməlidir. Biz bütün sahələr üzrə daha da güclü olmalıyıq, dövlətimizin ətrafında bir yumruq kimi birləşməliyik. Ara Abramyan kimi ermənilərin sərsəmləmələri heç vaxt reallaşmayacaq".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar