Xəbər lenti

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsinin Ermənistan tərəfindən mümkün ratifikasiyası Qərbin diktəsi ilə baş verəcək və İrəvanla Moskva arasında problemlərin dərinləşməsinə gətirib çıxaracaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirinin keçmiş müavini, parlamentin xarici əlaqələr daimi komissiyasının keçmiş rəhbəri Artak Zakaryan danışıb.

“Roma Statutunun ratifikasiyasından sonra Ermənistanla Rusiya arasında problemlər daha da kəskinləşəcək, çünki bu nizamnamə ilə Ermənistan BCM-in qərarlarından irəli gələn bir sıra öhdəlikləri yerinə yetirməli olacaq. Bütün bunlar Qərbin siyasi diktəsi ilə baş verəcək. Sırf Qərbin xoşuna gəlməyə tələsmək və üzərinə həddən artıq öhdəlik götürmək Rusiya ilə problemlər yaradacaq”, - deyə Zakaryan bildirib.

Onun sözlərinə görə, nizamnaməni ratifikasiya etməklə Qərb Ermənistanı digər ölkələrdə olduğu kimi, Rusiyanın maraqlarına zidd olan müxtəlif proseslər və qərarlar həyata keçirməyə məcbur edəcək.

Ermənistan Hüquqşünaslar İttifaqının keçmiş sədri Ara Zöhrabyanın sözlərinə görə, hər hansı beynəlxalq müqaviləyə qoşulmaq üçün ilk növbədə onun zəruriliyi və ya məqsədəuyğunluğu dəyərləndirilməlidir.

“Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Qərbin sanksiyaları altında olduğu və Rusiya prezidentinin həbsinə order verildiyi bir vaxtda Roma Əsasnaməsinin ratifikasiyası bu ölkəyə meydan oxumaqdır”, - deyə Zöhrabyan TASS müxbirinə müsahibəsində bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 8-08-2023, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma